Menu

"Azərbaycan və Rusiya prezidentləri sərhəddəki gərginliyi müzakirə edəcək" - Kreml

15.09.2022, 11:42
"Azərbaycan və Rusiya prezidentləri sərhəddəki gərginliyi müzakirə edəcək" - Kreml

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib.

“Biz liderlərin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklərinə ümid edirik ”, deyə Kremlin sözçüsü vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol