Menu

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub

15.09.2022, 11:58
İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul olunub.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Uzbekistan” məlumat yayıb.

Anlaşma Memorandumunu Səmərqənddə İran Xarici İşlər Nazirliyinin rəhbəri və təşkilatın Baş katibi imzalayıblar.

ŞƏT-in Baş katibi Çjan Min bunun həm İran, həm də təşkilat üçün mühüm hadisə olduğunu deyib: “İranın Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri sırasına daxil olması təşkilatı gücləndirəcək”.

Sammitdə ŞƏT-ə üzv dövlətlərin, müşahidəçi ölkələrin dövlət başçıları və dəvət olunmuş prezidentlər iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol