Menu

"Bakı ilə İrəvan arasında dialoqu dəstəkləməyə hazırıq" - ABŞ Dövlət Departamenti

15.09.2022, 12:32
"Bakı ilə İrəvan arasında dialoqu dəstəkləməyə hazırıq" - ABŞ Dövlət Departamenti

“ABŞ Ermənistanla Azərbaycan arasında danışıqları dəstəkləməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

“Biz hər iki ölkənin liderinə və bütün səviyyələrdə rəsmilərinə problemin hərbi yolla həllinin mümkün olmadığını açıqlamışıq. Biz gərginliyi azaltmaq üçün həm ikitərəfli, həm də çoxtərəfli qaydada mümkün olan hər şeyi etməyə hazırıq.

Biz Cənubi Qafqazın dinc və firavan gələcəyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq”, - o vurğulayıb.

Şərhlər

Tahir 2022-09-15 13:55:38

44 günlük müharibədən də qabaqqəti şəkildə problemin müharibə yolu ilə həllinin qeyri mümkün hesab edirdiniz. Bə noooldu! Müharibə də oldu,.Problem də 90 faiz həll oldu.... Əşi gedin pişiyinizi oynadın.. Biz özümüz bilərik...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol