MƏZHƏBÇİ TƏXRİBATÇILAR... - Və ya Şəhid mərasimlərinə İran məzhəbçiləri necə yol tapır?

Şeyxülislam hələ xeyli əvvəllərdən hər yatıb-duranda da İrana tərəf boylananda, az qala ayın batmasından, günəşin çıxmasından tutmuş, orucluğun başlamasına, Qurban bayramının bitməsinə qədər hər şeyi İran vaxtı ilə ölçüb-biçəndə və elan edəndə, cəmiyyətin bütün normal ziyalı kəsimi bunun Azərbaycanın gələcyinin bünövrəsinə basdırılmış təhlükəli mina olduğunu car çəkirdi. Ancaq qulaq asan olmadı. Həmin kəsim məscidlər, dini mərkəzlər və s. savadsız, “ən yaxşı halda” isə İranda təhsil almış məzhəbçi mollaların ixtiyarına veriləndə də bunun mənfi nəticələr doğuracağını bəyan etdi. Buna da qulaq asıb tədbir görən olmadı...

Bütün bunların acı nəticəsi isə artıq göz qabağındadır. Ölkəmizdə dini inhisara almağa çalışan və zombiləşdirdiyi savadsız, mövhumatçı kütlədən siyasi alət kimi istifadə etməyi hədəfləyən iranpərəst qüvvə təkcə məscidləri, qəbristanlıqları, sosial şəbəkələri, rəsmi dini qurumları və s. zəbt etməklə kifayətlənməyib, artıq şəhid mərasimlərinə soxulacaq qədər həyasızlaşıblar.

Ürəklərimizi parçalayan şəhid mərasimlərinin birinə dair videogörüntüdə şəhid anası bu din tüccarlarına, fırıldaqçılarına, mövhumatçılarına üsyan edir!

Üsyan edir və tanımadığı, bilmədiyi, çağırmdığı bu beyinsizlərə deyir ki, ağlayırsınızsa, mənim şəhid balama ağlayın! Niyə şəhid anası bu vəziyyətə çatdırılmalıdır, niyə şəhidə və onun ruhuna, vətənə və vətən sevgisinə aidiyyatı olmayan saxta vay-şüvənlərlə, şaxsey-vaxseylərlə bezdirilməlidir? Niyə məhz o kədərli ana belə ağır günüdə, öz dərdi özünə bəs deyilmiş kimi, hələ İran maşalarına da üsyan etməlidir? Niyə müvafuiq icra strukturları, asayişə nəzarət edən hüquq-mühafizə orqanları buna göz yumur? Həmin şəhidin mənsub olduğu el-obanın, qəsəbənin, kəndin, məhəllənin ağsaqqalları belə hallara niyə yol verirlər? Yoxsa, yuxarıda qeyd etdiyimiz orqanlarda çalışanlar özləri də mövhumatçılıq və məzhəbçilik bəlasına düçar olublar? Yoxsa, el-oba ağsaqqalları da şəhidlə bərabər imamlardan öz məqsədləri üçün istifadə edən məzhəbçi təxribatçılarla eyni ağıldadırlar? Bəlkə onlardan çəkinirlər?...

Nəhayət, bu adamlar ümumiyyətlə, şəhid mərasimlərində nə gəzir, orada necə peyda olurlar? Kim çağırır onları, kim idarə edir, kim yönləndirir? Yəni, çoxmu çətindir bunları müəyyən etmək?

“Covid” epidemiyası dövründə dünyada misli görünməyən sərt qadağalar tətbiq edən, standartlar qoyan hökumət, şəhid mərasimlərilə bağlı hansısa norma tətbiq edə bilməzmi? Məsələn, olmazmı ki, bütün şəhid mərasimlərində Azərbaycan himnindən və ata-babadan dəfn mərasimlərində istifadə olunan Quran ayələrindən başqa heç nəyin oxunmasına, şaxsey-vaxseylərə, məzhəbçi mərasimlərə və s. icazə verilməsin?

Bunlar hamısı cavabı açıq qalan suallardır. Bu və dərinə gedib səsləndirmək istəmədiyimiz digər buna bənzər suallar cavabsız qaldıqca, Azərbaycandakı İran məzhəbçiliyinə qarşı adekvat tədbir görülməyincə, bir gün daha acınacaqlı və eybəcər səhnələrin, dövlətimizin, təhlükəsizliyimizin, müstəqilliyimizin dayaqlarına vurulan ağır zərbələrin şahidi olacağıq. Və yatıb-yatıb, yalnız həmin gün ayılanda isə artıq gec olacaq...

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Dadaş Ağayev 2022-09-17 21:45:37

Özünə "Şeyülislam" soyadı qoyan Allahşükür bu sahəən ayrılmalıdırOnun iran üslrbr millətin inkişafına və din anlayışına böyük zərbə vurub.

Azərbaycanlı 2022-09-16 20:19:06

Özünü müsəlman adlandıran insanların bir Allahı və bir Peyğəmbəti mövcuddur.Burada məzhəb ayrılığı.islama düşmn olanların yaradıcılığıdır. Bunda düşmənlərin məqsədi islam aləini parçalamaq, milli və dini birliyi məhv etmək məqsədi olduğu şübhəsizdir.Elə bununla əlaqədar bəzi zəif islam dininin başında duranlar nəynsə xatirinədinin təriqətlərə bölünməsinə imkan vermişlər.belə anti islam axını nəticəsində ölkələr və xalqlar bir-birindən ayrı salınmış və bu günki hala gəlmişlər.Bunu anlatan ciddi din xadimləri isə müxtəlif səbəblərdən (maddi,mənəvi) düzgün yoldan sapınmışkar.Bunu anıamaq və bu yolda mübarizəyə bötük ehriyac (millətin birliyi üçün ) vardır.

Elxan beye 2022-09-16 17:35:27

Elxan bey özünüzü yormayın Elm öyrenmek üçün Baş lazımdır daha bele “Boş” lara ne elm bınlar qansalar ele Quran oxuyatarlar, daha fars etmeni narkoman mollaları niye müdafie edirler , çünki beleleri Mirze Celilin “Qehremanlarıdır”yeni meşe çaqqalsız olmaz.

şahin 2022-09-16 16:13:41

Cəlal bəy təhlilə görə sağ olun.Türk düşmənləri din adsından istifadə edirlər Guya dünyada şiələri müdafiə edən fars Azərbaycanı 30 ildən artıqdır ki qana boyayıblar .Bunu başa düşməyən millət bədbəxtdir

Faiq 2022-09-15 22:44:30

Onlar Hüseyinci yox xomeyniyancilardir, fars hz Huseyinden yalnız dini parçalamaq üçün istifadə edir, bunu cahillər qanmir. Hüseyinci fars erməniyə dəstək verir, belə çıxır ki bizdəki özlərini Hüseyinci sayanlar da agalarina görə erməniyə dəstək verir, farsa arxa olurlar. Ayilin ay yazıqlar, fars müsəlman deyil, din taciridir, İslamdan biznes məqsədi üçün istifadə edir

t.ədalət 2022-09-15 21:54:15

İslam dinini farslarla qarışdırmaq olmaz.Sadəcə,biz Şeyxülislamlıq vəzifəsini ləğv etməliyik.Bununla da fars kəşfiyyatına son verioləcək.Təəssüf edirəm ki,içində murdar qan axanlar,mənzilində it saxlayanlar fars xəyanətindən istifadə edib dinimizin üzərinə yeriyirlər.Yaxşı olar ki,İslam dinini təhlil edənlər dönüb qardaş Türkiyəyə baxsınlar.Min ildən çoxdur ki,İslam bayrağı altında xain düşçmənlərə qarşı döyüşürlər,qalib gəlirlər.Xürrəmi kürdlərin qənimi olan əxlaq və süılh dini İslama qarşı vuruşanlar həmişə uduzacaqlar!

Rahim cebiyev 2022-09-15 19:31:53

Imam Huseyn e şuarin deyenlere meqsedli sekilde iranperest adlari qoyulur ki, heckim qorxudan dini şuar seslendirmesin.

Elxan 2022-09-15 17:54:14

Hüseyni sən sərəncam verib təyin eləmisən şəhidlərin ağası vəzifəsinə?Ay cahil yazıq,get elm öyrən,əl çək bu ayətulaların şalvarının balağından

Türk Turan 2022-09-15 17:02:07

Allah Azzə və Cəllə dövlətimizə, millətimizə güc, qüvvət versin ki, bu iranpərəst cahillərlə, səudiyyəpərəst radikallarla doğru-düzgün mübarizə aparaq. Dövlətimizin başçısı İlham Əliyev təcili bu sahədə də təcili və sürətli islahatlar həyata keçirməlidir. Yoxsa, çox gec olacaq.

Emin 2022-09-15 15:11:30

İndi sizin xoşunuza gəlsin deyə biz dinimizdən əl çəkməliyikb? Özünüz o qədər ona buna işləmisiniz ki yerindən kim durub bir söz deyəndə o dəyqə onu başqa ölkənin agenti elan edirsiz, şəhid sözü dini termindi, şəhidlərin ağasıda İmam Hüseyindi, istəsəzdə istəməsəzdə belədi, əyər dini şuarlar istəmirsinizsə onda şəhid adı verməyin dinə bağlamayın.

Eli 2022-09-15 14:47:44

Azerbaycan dünyevi bir dövletdir ve İranın bu satqın tulalarını bir bir müeyyen edib iti qovan kimi qovmaq lazımdır şerefsiz ağalarının xarabasına.Baxırsan ki ,adi orta mekteb qurtarmaya. bir ... molla bir hekim ,müellim,mühendis,professor olan meclisde millete ağıl verir.Ay bedbextler bu mollalatın ağlı olsa 80 millionluw İranı niye o güne. qoyurlar 7- ci esrde yaşayır bu gerizekalılar.

Müəllim 2022-09-15 14:45:20

Cəlal bəy təşəkkür edirik vətəndaş mövqeyinizə görə. Allah köməyiniz olsun.

Cammat 2022-09-15 14:35:00

Bu yaramaz saqallılar açıqdan-açığa fars təbliğatı ilə məşğuldurlar.Onların saqqallarını qırxıb.salvarlarına üzatmaq ,özlərini də damlamaq lazımdır.

İzləyici 2022-09-15 14:18:25

Başqa mövzu tapa bilmirsən ay başıboş?!

İsmayıl 2022-09-15 14:13:03

İran və iranpərəstlər Azərbaycanın uyğuladlığı əxlaqsızlığı əllərində bəhanə edib,cahil olan lakin qeyrətli olan gəncləri öz məqsədləri uğrunda istismar edirlər. Qısaca olaraq İranda və iranpərəstlərdə günah varsa,dövlətdə və dövlətpərəstlərdə də bir o qədər günah vardır.

Elxan 2022-09-15 14:02:38

Azərbaycandakı iran fars molla rejiminin casus yuvasını təcili dağıtmaq lazımdır,artıq vaxt keçir,sonra gec olacaq.Erməni və fars mollasının özündən də ölkəmiz üçün qat qat təhlükəli olan bu qaragüruh yuvası elə indi ,bu dəqiqə nəzarətə götürülməli,başda duran mollabaşlar həbs olunmalıdır.Ayılın,müvafiq orqanlar!!!

Roma 2022-09-15 13:55:49

İran dövləti Qarabağ və ümumiyyətlə bütün məsələlərdə ermənilərə birmənalı olaraq dəstək verir. Ona görə də dinimiz bir və eləcə də İran əhalisinin 30-40 faizi azərbaycanlılar olsada İran dövləti bizi yox erməniləri özlərinə dost bilir. Bir sözlə İran biz Azərbaycanlıları yox erməniləri sevir və açıq və ya xəlvəti daim onlara dəstək verir. O ki, qaldı Şeyxulislama, onun haqqında danışmağa dəyməz, o hələ vicdanın nə olduğunu öyrənir...

türk 2022-09-15 13:48:01

Buməzhəbçilərin başında Allahşükür durduğuna şübhə edn var?ğ

Seyid ƏNHU 2022-09-15 13:30:59

BOYNUMA XAÇ KEÇİRƏRƏM, AMMA SƏNİN DİNİNİ QƏBUL ETMƏRƏM. GÜCÜN ÇATIRSA GƏL MƏNİ DÖNDƏR EY MURDAR FARS!

Qoca Molla 2022-09-15 13:18:27

Şəhərin düz mərkəzində Landmarkın qarşısında "Məsumə" adlı dükanda iran mollarının ələxsus da həm Xameniyinin həm Xomeyninin tərcümə edilmiş dini təbliğat materialları su qiymətinə satılır. Əlaqədar orqanlar niyə görüb tədbir həyata keçrmirlər, anlamaq olmur

Elman 2022-09-15 13:16:36

Sağol, Cəlal bəy. Təşəkkür edirəm

Son yazılar