Menu

Araik Arutyunyan Ermənistan TŞ-nın qapalı iclasına qatılıb – Paşinyan söz verib...

15.09.2022, 16:30
Araik Arutyunyan Ermənistan TŞ-nın qapalı iclasına qatılıb – Paşinyan söz verib...

Qarabağdakı separatçı-cinayətkar rejimin başçısı Arayik Arutyunyan başının dəstəsi ilə bu gün İrəvana gəlib və Ermənistan Təhlükəsizlik Şurasının qapalı toplantısında iştirak edib. 

"Aparılan müzakirələrdən sonra bir daha qeyd etmək istərdim ki, indiki mərhələdə "artsaxın" (Qarabağ - red.) statusu ilə bağlı bir dənə də olsun sənəd müzakirə olunmur", - o "Feysbuk" səhifəsində yazıb.

Arutyunyan daha sonra bildirib ki, çıxışında narahatlıqlarını Ermənistan hakimiyyətinə çatdırıb: "Ermənistan hakimiyyəti təsdiq edib ki, bizimlə müzakirə edilmədən və rəyimiz nəzərə alınmadan "artsaxla" bağlı heç bir sənəd imzalanmayacaq".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol