Menu

Azərbaycan gələn il azad edilmiş ərazilərə 3 milyard manat xərc qoyacaq

15.09.2022, 18:29
Azərbaycan gələn il azad edilmiş ərazilərə 3 milyard manat xərc qoyacaq

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.

Bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9%, ÜDM-də xüsusi çəkisi isə 2,8% təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol