2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 2579,3 milyon manat proqnozlaşdırılır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun da 1405,3 milyon manatının (54,5%) borclanma, 1 074 milyon manatının (41,6%) vahid xəzinə hesabının qalığı, 100 milyon manatının isə (3,9%) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.


Şərhlər
Bu borcu kim qaytaracaq ?
Bir il eliniz qurumaz ki oğurlamayın
Neft qaz milyardlarından xalqa heç nə vermirsiniz hələ bir borca da salırsınız? Başa düşmək olmur nə oyun gedir?