Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
"AzPolitika.info” xəbər verir ki, əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi arsenalı darmadağın edilib. Onların ilkin siyahısını təqdim edirik:
-2 ədəd S-300 5N63 İYR radarı;
-3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu;
-Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı;
-1 ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL;
-20-dək ədəd top və haubitsa:
-10-dan çox minaatan;
-6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası;
-1-i sursatla dolu olmaqla 3 ədəd KAMAZ;
-1 ədəd URAL və 1 ədəd UAZ-3962 markalı avtomobil;
-3 ədəd mühəndis texnikası;
-3 ədəd minaatan;
-1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi;
-135 ədəd müxtəlif avtomat pulemyot qumbaraatan:
-20 qutu əl qumbaras;
-2 ədəd optik cihaz:
-2 ədəd rabitə vasitəsi:
-14500-dən çox döyüş sursatı:
-53 döyüş mövqeyi;
-2 minaatan atəş mövqeyi;
-Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi;
-2 ədəd S-300;
-2 ədəd S-125 divizionlarının start mövqeləri.


Şərhlər