Menu

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik" - Çin lideri

15.09.2022, 20:54
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik" - Çin lideri

"Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".

"Report" xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

Dövlət başçısı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.

Si Cinpin bildirib ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.

Şərhlər

Bəhram Cəfər oğlu 2022-09-15 21:51:20

Böyük Çin dövləti ədalətli Hüquqi Siyasətdə, İqtisadi üstqurumlarda, qarşılıqlı münasibətlərdə ən fəal və məncə ən mükəmməl da Cəmiyyətdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol