Menu

“Qarabağ”ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub - VİDEO

15.09.2022, 21:19
“Qarabağ”ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub - VİDEO

Bakıda “Qarabağ” və Fransanın “Nant” komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.

 Tofiq Bəhramov adına Respublika stadionunda fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.

“İmarət” azarkeş qrupunun üzvləri “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan” pankartı açıblar.

“Köhlən atlar” daha əvvəl bu təşəbbüslə UEFA-ya müraciət etsə də, rədd cavabı alıb.

Şərhlər

Türk Turan 2022-09-16 13:53:29

Şəhidlər ölməz, Vətən bölünməz! Əhsən sizə Azərbaycan oğulları!

Eli 2022-09-15 21:46:03

Yaşasın var olsun Böyük Milletim qedirbilen Haqqı müdafie eden ve Haqq yolunda canından keçen qeyretli Oğulları.Allah Türkü qorusun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol