Menu

Qusarda şəhid Şair Heydərov dəfn edilib - FOTOLAR

16.09.2022, 12:26
Qusarda şəhid Şair Heydərov dəfn edilib - FOTOLAR

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 24 yaşlı əsgər Heydərov Şair Camaloviç dəfn edilib. Oxu.Az xəbər verir ki, şəhidlə doğulduğu Qusar rayonunun Mucuq kəndində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra şəhid Mucuq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol