Menu

Ukrayna Xarkov vilayətində 400-dən çox yaşayış məntəqəsini azad edib

16.09.2022, 16:39
Ukrayna Xarkov vilayətində 400-dən çox yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları nəticəsində Xarkov vilayətinin 400-dən çox yaşayış məntəqəsini azad edib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Prezident Aparatının rəsmisi Kirilo Timoşenkoya istinadən məlumat yayıb.

“İndi 421 yaşayış məntəqəsi azad edilib. Atışmalar baxmayaraq, işğaldan azad edilmiş ərazilərə daim humanitar yüklər göndərilir. Üstəlik, azad olunmuş ərazilərdə yaşayış evlərinin və infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol