Menu

“Azərbaycanlı məni xilas etdi” - Azərbaycanda saxlanılan erməni əsgər + VİDEO

17.09.2022, 13:28
“Azərbaycanlı məni xilas etdi” - Azərbaycanda saxlanılan erməni əsgər + VİDEO

Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatdan sonra yaralanaraq döyüş meydanında qalan və daha sonra Azərbaycan hərbçiləri tərəfindən xilas edilən erməni əsgərin görüntüləri yayılıb. “Report” xəbər verir ki, videonu “Caliber” yayıb.

Tiqran adlı erməni hərbçi hazırda hospitalda müalicə alır.

Görüntülərdə onunla olan dialoqu təqdim edirik:

- Tiqran necəsən? Məni xatırlayırsan?

- Hə.

- Kiməm?

- Məni xilas edən adam.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu hadisələr zamanı ölkəsinin 135 hərbçi itirdiyini etiraf edib.

Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.

Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu şəhid olub.

Şərhlər

Vahid 2022-09-18 06:44:19

RT doğru deyir.Herden bu da lazım

RT 2022-09-17 17:35:22

Herden buda lazim )

t.ədalət 2022-09-17 15:45:51

Düşməni xilas etmək yox,yerindəcə öldürmək lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol