DAHA 2 HƏRBÇİMİZ ŞƏHİD OLDU - Müdafiə Nazirliyi məlumat yaydı + FOTOLAR (Yenilənib)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi düşmən təxribatı nəticəsində şəhid olan daha iki hərbi qulluqçunun adını açıqlayıb. Bununla da ümumi şəhid sayı 79 nəfərə çatıb.

Şəhid olan son iki hərbi qulluqçunun adlarını və onlar barədə məlumatı təqdim edir:

1. baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu - 11.10.1997

2. әsgәr Omarov Eşqin Nәsib oğlu - 10.07.2003

***

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı.

635x100

Şərhlər

MRP 2022-09-17 15:20:26

Allah rəhmət eləsin.ƏƏSMN və MM isə hərbi qulluqçuların pensiya təminatına pisə doğru hər hansı bir dəyişiklik etməmələrini tövsiyə edərdim.

Son yazılar