Bu gün Apellasiya Məhkəməsində tanınmış vəkil Elçin Sadıqovun həbsindən verilən apellyasiya şikayətinə baxılıb.
"AzPolitika.info" xəbər verir ki, məhkəmədə vəkilləronun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı da hakimlərdən vəkilin ev dustaqlığına buraxılmasını xahiş edib. Hakimlər müşavirədən qayıtdıqdan sonra Elçin Sadıqovun yaşadığı yeri tərk etməmə şərti ilə ev dustaqlığına buraxılması barədə qərar verib və vəkil məhkəmə zalından azad edilib.



Xatırladaq ki, sentyabrın 11-də Binəqədi rayon Məhkəməsi tanınmış jurnalist, "Xural" TV-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Baş Prokurorluğun məlumatında deyilir ki, Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin hazırda həbsdə olan keçmiş sədri Rasim Məmmədovun yaxınlarından cəmiyyətdə onun haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 20 min manat rüşvət alıb.
Prokurorluğun bəyanatında Rasim Məmmədovun vəkili Elçin Sadıqov "rüşvətin alınmasında vasitəçilik etməkdə" ittiham olunub.
Jurnalist Əvəz Zeynallı və Elçin Sadıqov bu ittihamlar üzrə özlərini təqsirli bilmirlər.
"AzPolitika.info"


Şərhlər
Elçin də belə getdi!!!
Vəkilə pul lazım olsa idi müqavilədə istədiyi qiyməti yazıb alardı , onu sadəcə müxalifət nümayəndələrini müdafiyə etdiyi üçün cəzalandırdılar , Əvəz isə pul alsa belə onun ictimai müdafiyəsini təşkil edə bilərdi , yəni lobbiçilik , burada da cinayət yoxdur , ancaq bu işləri natarius yolu ilə həyata keçirməli idi ki vergi ödənişnə cəlb edilsin
məqsəd Əvəzi tutmaq imiş-guya ki bunlar super ağıl sahibidirlər--əhali heç nə başa düşmür---bəlkə elə doğrudan belədir???