Menu

Tacikistanla sərhəddə münaqişə zamanı ölən qırğızların sayı dəqiqləşdirib

18.09.2022, 10:26
Tacikistanla sərhəddə münaqişə zamanı ölən qırğızların sayı dəqiqləşdirib

Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin sayını dəqiqləşdirib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 36-ya yüksəlib.

Nazirlik həmçinin 129 nəfərin yaralandığını, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyini bildirib.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi isə sərhəd münaqişəsi zamanı 37 nəfərin öldüyünü bəyan edib.

Agentliyin məlumatına görə, artıq 177 ton humanitar yardım Batken bölgəsinə çatdırılıb və daha 160 ton humanitar yardımın Bişkekdən göndərilməsi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol