Menu

“Ailələr balıq və ya ət ala bilmirlər” - İspaniyalı nazir

18.09.2022, 13:54
“Ailələr balıq və ya ət ala bilmirlər” - İspaniyalı nazir

İspaniyada inflyasiyanın ciddi şəkildə artması səbəbindən bütün ailələr balıq və ya ət ala bilmir. Bu barədə ölkənin əmək naziri Yolanda Diaz “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Ailələr mənə deyirlər ki, uşaqlara ancaq makaron və düyü verirlər. Onlar balıq və ya ət ala bilmirlər. Meyvələr çox bahadır. İki-üç uşağı olan ailə üçün bu, çox çətindir. Bu, bu ölkənin üzləşdiyi aktual problemdir”, - deyə nazir bildirib.

Avqustda İspaniyada istehlak qiymətlərinin inflyasiyası 10,5% təşkil edib, lakin ərzaq və içkilərin qiymətləri orta hesabla 13,8% artıb ki, bu da 1994-cü ildən rekord göstəricidir. Südün qiymətində inflyasiya 26% təşkil edib, elektrik enerjisi son 12 ayda 49,4% bahalaşıb.

İspaniya da digər Avropa ölkələri kimi kəskin qiymət artımı problemi ilə üzləşib. 

Şərhlər

dadaşyev 2022-09-19 01:26:13

Yazıda diqqətə çatdırılmaq istənən şey ümumi bahalıq olmuş olsaydı o zaman ayrıca olaraq balıq və ətin bahalığından danışmaq yersiz olardı.Çünki hər şey bahadırsa İspaniyada,demək ət və balıq da ilk növbədə bahalananlar sırasındadır.Amma əsasən məhz ətin və balığın bahalığından söhbət gedir.Niyə?Çünki bizdə ət və balıq ceyran belindədi,nə çatmaq olur nə çatdırmaq.Amma diqqət edin:harada ət və balıq yeyə bilmirlər?Slovakiyada?Makedoniyada?Monqolustanda?Somalidə?Xeyr.Bu ölkələrin dənizə çıxışı yoxdur,balığın baha olması təbiidir oralarda.Ona görə maraqsız olardı oxuculara.Amma İspaniyada balıq yeyə bilmirlərmiş bahadı deyə!!!Sən canın!Aaaz,buuy,görürsənmi,İspaniyanın bir tərəfi Aralıq Dənizi,o biri tərəfi Atlantik okeanı,oradakılar da yeyəmmirmiş balıq,biz də elə bilirdik tək bizdədi baha balıqlar.Onda daha nağayraq?Gərək bundan sonra hirslənməyək balıq bahadı deyə.O boyda okeandan tutulan balıqlar bahadırsa Xəzərdən tutulanlar neçəyə olmalıdı?Aaaz,dinmə dinmə,demək biz hələ şükürlüyük.Gör orada balıq neçəyədi ki,o boyda nazir deyir ki,”“Ailələr mənə deyirlər ki, uşaqlara ancaq makaron və düyü verirlər. Onlar balıq və ya ət ala bilmirlər. Meyvələr çox bahadır. İki-üç uşağı olan ailə üçün bu, çox çətindir. Bu, bu ölkənin üzləşdiyi aktual problemdir".Bizdə nazirin belə söz deməyini eşitdinmi heç?Demək bizim vəziyyətimiz onlardan yaxşıdı.Pis olsaydı bizdə də nazir çıxıb belə sözlər deyərdi.Aman Allahım!Nə yaxşı ki İspaniyada yox,Azərbaycanda doğulmuşuq.Allah bizi çox sevirmiş,xəbərimiz yoxuymuş bu yazını oxuyana qədər.

B.Qarabağlı 2022-09-18 15:51:26

Espanyol nə yeyib, Abel çaxırı içir bizlərə nə? Prokuroru və Məhkəməsi ərmenistandan iki dəfə böyük və Espanyoldan ayrılma anonsu verən Katalon liderlərin bir iş açdılar ki, onlar həbs qorxusundan iki il Espanyola yaxın gəlmədilər!!!

Rasim Quliyev 2022-09-18 14:44:36

Siz bir yazanda Azerbaycanin kendlerinden yazin dovlet deyir her sey bombadir zordur .Daha demir ki kendlerde adam qalmayib her yerde issizlikdir.Hara baxirsan cavan cavan usaqlar issizdir .Yeke adamsiz var dovleti o dunyaya aparmayacaqsiz . xalqin guzarini duzeldin.Yoxsa cox pis partlayacaq .Saat 6 dan taksiye minmek olmur pozgunluq bash alib gedir .Allah lenet elesin rusvet goturen memurlara ehsaninsizda it ulasin

Seyid ƏNHU 2022-09-18 14:15:28

Hörmətli Azpolitika İspaniyanı misal gətirməklə bizə nə demək istəyirsiniz ki? Bizim də arqumentimiz var. İspaqniya neft-qaz ölkəsi deyil.

Vətəndaş 2022-09-18 14:11:21

BU yalan nəyə lazım.Azərbaycanıdakl vəziyyəti malalamaq üçün belə yalanları yazırsınız?Bir yazın görək İspaniyada orta əməkhaqqı,pensiyalar nə qədərdir? BUna icazəniz yoxdur?Xəzərdən tutulan beluqanın kilosunu 48 manata satmağın nə demək olduğunu anlayırsınıxz? ovet vaxtı beluqanin kilosu 1.8-2 manata idi,hələ o da yaxşı satılmırdı.İndi nə oldu? Bax bunu ortaya çıxerın,millət bilsin ki, bizi hara aparıblar.

Rafiq 2022-09-18 14:08:29

Biz kefdəyik.Hər pensiyanı alanda bir kq ət ala bilirik.Elektrikin də qiyməti cuzi- cəmi doxsan faiz bahalaşıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol