ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir. Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir", - məlumatda qeyd edilir.
Həmçinin vurğulanır ki, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir.
"Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir", - XİN-dən bildirilib.


Şərhlər
Pelosiz də Ermənistanın 10.11.2020 razılaşmasından sonrakı iki ildə ümumən SÜLH bəyanatları versə, de fakto yeni müharibə hazırlıq sınaqları ABŞ və Fransadan bütün dünyaya aşkar görünür. Şəxsi İmzasına və Sülhə sadiq Azərbaycandan qeyri hər hansı dövlət keçən sərhəd toqquşmasına görə ikitərəfli müharibə elan edərdi? Təhlükə daha tarıma çəkilib və ölüm-dirimin zamanı bilinmir?