Menu

Azərbaycan XİN-dən Pelosinin məqsədini ifşa edən açıqlama

18.09.2022, 17:15
Azərbaycan XİN-dən Pelosinin məqsədini ifşa edən açıqlama

“18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir”.

Bu barədəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib:

“Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir”.

Bildirilib ki, ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir: “Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.

N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir. Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir”.

Şərhlər

Türk Turan 2022-09-18 19:47:22

Amerika qısa zamanda irana qarşı tətbiq etdiyi sanksiyaları azacıq yumşaltsa, heç kim təəccüblənməsin. Bu o demək olacaq ki, amerika iranın Azərbaycana hücum etməsinə imkan yaradır və bunda maraqlıdır.

Türk Turan 2022-09-18 19:43:41

İran sərhədlərimizə qoşun çıxarır. Böyük bir müharibənin anonsunu verir. Çox diqqətli olmalıyıq. Allah Azzə və Cəllə dövlətimizi, millətimizi və ordumuzu qorusun.

Said 2022-09-18 19:37:32

Nensi Pelosi, bəlkə "məzlum " ermənilərin səfirliklərimizə etdikləri vandallığa da qiymət verəsiniz!!!!.......

Eli 2022-09-18 19:15:10

Biz ermenilerden ferqli olaraq kiminse qucağında olmağa adet etmemişik,ona göre de dünyanın bir çıx ölkelerinde onların etdiyi cındır , namerd,nakişi hereketler bizlik deyil ve biz onların dersini ele burada vermeliyik ki özlerini adam kimi aparsınlar ,yeni vaxtlı baxtında onların”Pazı” çalınmalıdır yoxsa onlar ağıllanan zibil deyiller

Balaca yazar 2022-09-18 17:00:40

Məncə, heç bir əsassız və iddialı, yersiz və sərsəm bəyanatlar baş səbəbi Azərbaycan tərəfindən KƏSKİN hüquqi mühakimələrin səslənməməsidir? Cavab verəcəklər ki, bütün işğalçı ordunu məhv etmisən, qalib də gəlmisən, sonrakı arzuna nə mane olur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol