Menu

Azərbaycanda vəkil dövlət qurumunun binasında vəfat edib

19.09.2022, 15:13
Azərbaycanda vəkil dövlət qurumunun binasında vəfat edib

Azərbaycanda vəkil vəfat edib. Hadisə sentyabrın 16-da Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində qeydə alınıb.

Belə ki, Vəkillər Kollegiyasının üzvü Valeriy Vəliyev işlə bağlı şöbədə olarkən qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü V.Vəliyev 13 il vəkillik fəaliyyəti ilə məşğul olub. O, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol