Menu

“Avropada bəzi siyasi elitalar 2023-cü ildən sağ çıxmaya bilər” – “Putin korrupsioner müttəfiqlər sistemini dağıdır”

19.09.2022, 16:48
“Avropada bəzi siyasi elitalar 2023-cü ildən sağ çıxmaya bilər” – “Putin korrupsioner müttəfiqlər sistemini dağıdır”

"Güman edirəm ki, Avropada inkişaf etmiş ölkələrin hökumətlərinin əksəriyyəti bu qışdan sağ çıxmaya bilər - dominant siyasi qüvvələrin sıradan çıxması ehtimalı var. Bu, Putinin qələbəsi kimi görünə bilər, çünki məhz Avropanın sabitliyini pozmaq istəyir. Amma bu, həm də ədalətin təntənəsi olacaq, çünki Avropanı Putin qarşısında qaz tədarükünə görə bu qədər zəif, asılı vəziyyətə salan məhz bu siyasi qüvvələrdir".

"AzPolitika.info" xəbər verir ki, bu fikirlər tanınmış hərbi analitik Aqil Rüstəmzadəyə məxsusdur.

O, ehtimal edir ki, Avropanı diz çökdürən bütün siyasi diskurs iqtidardan getməlidir: "Putin özü korrupsiyalaşmış dəstək, korrupsioner müttəfiqlər sistemini dağıdır, onları gəlirdən və sabitlikdən məhrum edir. Amma Putin bu müttəfiqləri özü yaratmadı, o, mövcud olanlardan istifadə etdi. Yəni korrupsioner məmurlardan müttəfiqlər düzəltdi, korrupsioner elitada özünə dayaqlar təmin etdi, sadəcə onları satın aldı. İndi onları məhv edir və sıradan çıxarır. Amma təbii ki, bu, təkcə Putin və onun başlatdığı müharibənin nəticəsi deyil, hər kəsin deqradasiyası, müxtəlif sistemlərin dağılmasıdır. Mən ehtimal edirəm ki, bəzi Avropa hökumətləri qışdan sağ çıxa bilməyəcək, bu ölkələrdəki insanlar 2023-cü ilin yaz-yayında siyasi qüvvələrdən getməyi tələb edə bilərlər".

A.Rüstəmzadə vurğulayır ki, inkişaf etməkdə olan ölkələrdə də ciddi təlatümlər ola bilər: "Çünki bir çox ölkələrdə baş verəcək hiperinflyasiya dünya iqtisadiyyatında kollabs yarada, bank sistemləri çökə, nəticədə 2023-cü ilin payız-qışında rejim dəyişikliyi qaçılmaz ola bilər. Bu ssenari reallaşarsa, köhnə siyasi elitalar 2023-cü ildə dəyişikliyə məruz qala bilər. Faktiki siyasi sistem qismən də olsa gələn il məhv ola bilər".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol