Menu

Azərbaycanın meliorasiya - su təsərrüfatı idarəsi 9 milyon manatlıq ekskavator alır

20.09.2022, 09:45
Azərbaycanın meliorasiya - su təsərrüfatı idarəsi 9 milyon manatlıq ekskavator alır

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi melorasiya, irriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (ekskavatorların) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Grand Motors Company" QSC-dir.

Qalib şirkətə 8,999 milyon manat ödəniləcək.

Şərhlər

Sabir 2022-09-20 11:34:50

Bəs otkat nə qədərdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol