Qərbi Azərbaycan İcması sosial şəbəkələrdə trendə çevrilən “Göyçə-Zəngəzur Respublikası” müzakirələri ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən "AzPolitika.info"ya göndərilən açıqlamada bildirilir ki, son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir.
"Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir", - deyə İcma bildirir.
Təşkilat bütün media nümayəndələrindən xahiş edir ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər.
"AzPolitika.info"


Şərhlər
Yenə də yeyin bir birinizi, bu bizim xislətimizdir. Neçə illərdir fəaliyyətiniz dövründə ciddi bir addım atmamısınız, indi kimsə pis yaxşı nəsə edirsə siz çomaq soxun!!!!
Göyçə mahalı təmiz Azəri Türkləridirlər. Qazax Tovuz Şəmkir Gədəbəy zonalarına həm adət-ənən həm də danışıq ləhcələri tam uyğundur. Ancaq o biri rayonlardan gələnlərə qarışıb gələn anası ermənilər çoxdur,qarışığı olanllar çoxdur.