ƏLİ HƏSƏNOVUN QARDAŞI OĞLU İŞDƏN ÇIXARILDI - Polkovnik həbs olunacaq?

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb. Bakupost.az xəbər verir ki, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb.Onun son dövrlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.

A.Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.

Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Ə.Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.

635x100

Şərhlər

Vətəndaş 2022-09-20 14:28:34

Qohumluq əlaqələri ilə təşkil edilmiş gövlət aparatının sonu ölkənin tənəzzülü olur....

t.ədalət 2022-09-20 14:10:31

Bu da doğru deyil.Qohumu vəzifədən çıxarılmış adamı işdən çıxarmazlar...

Son yazılar