SABİQ İCRA BAŞÇISININ ARVADI ƏMLAK DAVASINA ÇIXDI - Ərinin taladıqlarını geri istəyir

14 il ərzində Göygöl, Samux və İmişli rayonlarının icra başçısı olmuş Vilyam Hacıyevin 12 illik həbsi haqda hökmdən özü ilə yanaşı, ailə üzvləri də apellyasiya şikayəti verib.

Sabiq icra başçısının həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev əmlakların müsadirəsi hissəsindən narazıdır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Hacıyev haqqındakı hökmü ilə təxminən 5.4 milyon manatlıq əmlak, o cümlədən sabiq icra başçısı saxlanılarkən onun evindən və iş otağından tapılan pullar müsadirə olunub. Dövlət nəfinə müsadirə edilən əmlaklar arasında Hacıyevlər ailəsinə məxsus evlər, avtomobillər var. Onların da əksəriyyəti keçmiş icra başçısının həyat yoldaşının, bir avtomobil də oğlunun adınadır.

"Azadlıq" radiosunun əldə etdiyi məlumata görə, Cülyetta İbrahimova 5.2 milyon manatlıq ev və maşınlar, Məhəmməd Hacıyev isə 126 min manatlıq "Land Rover" markalı avtomobillə bağlı müsadirə qərarının ləğvini istəyir.

İbrahimovanın adına olan və müsadirə edilmiş əmlaklar arasında Bakıda "milyonçular məhəlləsi" adlanan ərazidə - Teymur Əliyev küçəsində 1.8 milyon manatlıq ev, Nərimanov rayonu, Sabit Rəhman küçəsində 275 min manatlıq mənzil, Nardaranda 2.7 milyon manatlıq bağ evi, Xırdalanda dörd mənzil, "Bentley" və BMW markalı avtomobillər var.

Xatırladaq ki, 65 yaşlı Vilyam Hacıyev 2004-2020-ci illərdə icra başçısı vəzifəsində çalıb. O, öncə 2 il Göygöl, ardınca 6 il Samuxun icra başçısı olub. 2012-ci ildən 2020-ci ilin mayında həbs olunana qədər isə İmişli rayonuna rəhbərlik edib.

7 milyondan artıq yeyinti, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanan Hacıyev 2022-ci ilin iyulunda 12 il azadlıqdan məhrum edilib. Sabiq icra başçısı özünü təqsirli bilmir, ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmır. O, məhkəmədə bildirib ki, sifarişlə həbs edilib.

"AzPolitika.info"

635x100

Şərhlər

Elmira 2022-09-21 15:33:21

Bu Cülyetta ,o da Vilyam ,bunlar elə ermənidirlər da-a-a

dadaşyev 2022-09-21 08:49:17

A balam,bu adam bu qədər pulu haradan tapıb görəsən?Bizdə rüşvət yoxdu,məmurun da ticarətlə məşğul olması qanunla qadağandı,lotoreyada da udmayıb.Başa düşəmmirəm,maaşı nə qədər olub ki bunun?Mən sıradan bir vətəndaş kimi bunu düşünürəmsə görəsən buna nəzarət etməli olanlar onillər ərzində bunu düşünməyiblərmi?Xalqın böyük əksəriyyəti qəpiyi qəpik üstünə qoya-qoya yaşadığı halda bu və bunun kimilər yağ içində böyrək kimi yaşayırlarsa onda belə çıxır ki,müstəqilliyə yalnız bir ovuc adam çıxıb respublikada ki,neft-qaz milyardlarını babalarının mirası kimi yeməyə haqları olduğunu düşünürlər,utanmadan və vicdan əzabı çəkmədən üzümüzə irişə-irişə şappaşap yeyirlər,xalq isə hələ də durğunluq illərindədi.Gör azğınlıq nə həddədir ki,hələ milyonlarını (!) tələb edirlər.Zastoy xalqın milyonçu məmur gülbalaları.Ələsgəəəər!Nə var ee,Ələsgəəər əəəh!

Elmira 2022-09-21 08:08:33

Bu qudurqanları nə səbəbə görə susdurmurlar!? Lap dərəbəylikdir!

Son yazılar