Rusiyanın nüvə zərbələrinin hədəfi Ukrayna olmayacaq - Almaniya və Böyük Britaniya olacaq.
Belə təhdidi Putinin yaxın silahdaşı, RF Dövlət Dumasının deputatı Andrey Qurulyov özünün Teleqram-ında yazıb («UNİAN»).
Bu deputatın sözlərinə görə, Ukraynaya qarşı nüvə silahının tətbiqi Moskva üçün «maraqlı» deyil, belə ki, onun fantaziyalarına görə, rusiyalılar orada yaşayacaqlar.
«Bayden bizim nüvə silahını tətbiq edəcəyimizi düşünür, bunun Rusiya üçün nəticələrindən danışır. Çünki onların analitikləri pis deyillər, amma onlar nə barədə danışırlar ki, biz Ukraynada nüvə silahı tətbiq edəcəyik? Burada Ukrayna maraq kəsb etmir, biz hələ orada yaşayacağıq, tamam başqa hədəflər olacaq» - Qurulyov yazıb.
Onun sözlərinə görə, Kreml üçün hədəf Almaniyanın və Böyük Britaniyanın əraziləri olacaq, hansı ki, rusiyalı deputat «Mars səhrası»na çevirməklə hədələyir.
«Kifayət qədər tox olan alman bryuqer, hansı ki, artıq künəsi donmağa başlayır, dəqiq bilməlidir ki, əgər Berlinə zərbə endirilsə, bu, bütöv dövlətdə tam xaos və onun ölümünü törədəcək. Əgər Bayden nəticələrdən danışırsa, hansı nəticələr olacaq ki, nə vaxt biz, Britaniya adalarını nüvə potensialı olmadan taktiki operativ silahlarla Mars səhrasına çevirəcəyik? Onlar özlərinin 5-ci maddələrini necə tətbiq edəcəklər ki, əgər müdafiə etməli olduqları dövlətdən heç nə qalmayacaq?» - Qurulyov yazıb.
Təcavüzkar dövlətin nümayəndəsi həm də dəqiqləşdirib ki, RF nüvə zərbəsinin real hədəfi guya Almaniyadakı Ramştayn bazasıdır.
Bu zaman Qurulyov hesab edir ki, Rusiya tərəfindən nüvə silahından istifadə əgər onun əraziləri təhlükə altında olarsa, nüvə müharibəsi yaratmayacaq.
«Biz, operativ nüvə silahından istifadə edəcəyik, hansı ki, “Kalibr”lərdədir, “İskəndər”lərdədir, təyyarə bombalarındadır. Hədəf Britaniya olacaq, əgər ondan Mars səhrası qalarsa, NATO kimin xatirinə 5-ci maddəni istifadə edəcək? Bizim strateji potensialımızı istifadə etməmək də olar - ehtiyatda saxlayarıq» - Dövlət Dumasının deputatı yazır.
AzPolitika.info


Şərhlər
Blefdir hamısı.Bunlar deqiq bilirler ki,Almaniya bunlardan qorxur ,eyni zamanda bunlar «Злой Гений» olan Stalinin ruhuna arxayın olub bele qudururlar özü de 0,5 litr vurandan sınra bunlar son meqamda dünyanın en axırıncı milleti olacaqlar ve arvadlı kişili bunlar qeyreti kökü olmayan bir toplumdur millet deyil.