Menu

Putin Ukraynanın işğal edilmiş ərazilərini “tarixi Novorossiya torpaqları” adlandırıb

21.09.2022, 10:38
Putin Ukraynanın işğal edilmiş ərazilərini “tarixi Novorossiya torpaqları” adlandırıb

“Novorossiyanın (hərfi tərcümədə “Yeni Rusiya” – red.) tarixi torpaqları artıq Kiyev rejiminin boyunduruğu altında qalmaq istəmir. Zaporojye, Xerson və Donbas sakinləri banderaçıların varislərinin əhaliyə münasibətdə repressiyalarını görürlər”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Eyni zamanda dövlət başçısı Ukraynanın işğal edilmiş ərazilərində - Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində “referendum”un təhlükəsizliyini təmin etməyi tapşırıb.

Şərhlər

turan 2022-09-21 16:40:23

Dəlixananın yeni pasienti

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol