Menu

Vəkil Elçin Sadıqov Əvəz Zeynallının üzünə durub? - Vəkilindən açıqlama

21.09.2022, 18:35
Vəkil Elçin Sadıqov Əvəz Zeynallının üzünə durub? - Vəkilindən açıqlama

"Əvəz Zeynallının ev dustaqlığına buraxılmaması məndə təkcə bir vəkil kimi deyil, vətəndaş kimi də böyük məyusluq yaratdı. Çünki onun heç bir ictimai təhlükəsi və həbs edilməsi üçün bir prosedur əsas yoxdur".

Bu sözləri jurnalist Əvəz Zeynallının vəkili Aqil Layıc jurnalistlərə açıqlamasında deyib. Vəkil jurnalistlərin "Elçin Sadıqovun Əvəz Zeynallının üzünə durması iddiaları doğrudurmu?" sualına bu cür cavab verib: "Bu cür məsələlər istintaqa aid olduğundan onu açıqlamaq ixtiyarımız yoxdur. Yəni qanunla istintaq sirrini açmaq olmaz".

Vəkil jurnalistin səhhətindən də söz açıb: "Əvəz Zeynallının səhhətində problemlər olması xəbəri doğrudur. Onun gözündə problemlər var. Hətta maşınından götürülən sənədlərin arasında həm gözü, həm də onkoloji diaqnostikası ilə bağlı sənədlər də olub. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Hətta tərifləyib dedi ki, bura mənə istirahət kimi gəldi, evdən yemək gətirməyə ehtiyac yoxdur".

Xatırladaq ki, Cinayət Məcəlləsinin 311.1.1 (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham olunan "Xural TV" rəhbəri Əvəz Zeynallıya qarşı daha bir ittiham - 312.1 (nüfuz alveri) maddəsi də irəli sürülüb.

Şərhlər

Orxan 2022-09-21 20:08:30

Qurban Memmedovla Adem Memmedova ar olsunnn. Şantagçilar

sual 2022-09-21 19:24:22

Əvəz Zeynallının vəkili bildirib ki, Əvəz Zeynall bu sozleri deyib : Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Hətta tərifləyib dedi ki, bura mənə istirahət kimi gəldi, evdən yemək gətirməyə ehtiyac yoxdur".
Hormetli azpolitika.info saytinin redaksiyasinin jurnalistlerine sual : Her kes bilir ki, Bakida xeyli sayda, tenha, umidsiz, evsiz - eshiksiz, kuchelerde qalmish, ishsiz,, sosial yardim ile temin olunmayan ( nazir Sahil Babayevin gunahi ucbatindan ) insanlar var ve bu yaziqlar , chorek almaq uchun , etrafdaki insanlardan komek isteyirler, dilenirler.
Hormetli jurnalistler, siz bu yaziq insanlari gonderin hebsxanalarin reislerinin gebuluna , bu umidsiz insanlari , hebsxana reisleri yerleshdirsin hebsxanalara ki, bu insanlarin qidalanmasi ve kameralarda , odeyal ile yatmaq imkani olsun, bu mumkundurmu ????????
Hormetli azpolitika.info , siz nazir Sahil Babayevin " fealiyyeti " barede , tenqidi meqaleler niye yazmirsiniz , belke , bu nazir ehalinin sosial - iqtisadi problemlerini , boyuk qayqikeshlikle hell edib ve boyuk hormeti var ehali arasinda ?????????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol