“ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasının tərəfdarıdır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.
Onun sözlərinə görə, BMT-nin müasir dünyanın tələblərinə daha effektiv cavab verəcək daha əhatəli bir təşkilata çevrilməsinin vaxtı çatıb.
“BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən ABŞ BMT Nizamnaməsinə hər zaman sadiq qalmalı və həmişə onu müdafiə etməlidir, həmçinin Təhlükəsizlik Şurasının effektivliyini təmin etmək üçün nadir, fövqəladə hallar istisna olmaqla, vetodan istifadə etməkdən çəkinməlidir”, - Amerika lideri bildirib.
Qeyd edək ki, bu gün yalnız ABŞ, Çin, Böyük Britaniya, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.
Xatırladaq ki, bu təkliflə ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə lideri BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin vaxtının çatdığını vurğulayıb. “Dünya beşdən böyükdür” - deyən Ərdoğan qeyd edib ki, ötən əsrdən fərqli olaraq hazırda dünyada beynəlxalq vəziyyət dəyişib.


Şərhlər
Ümumiyyətlə,Təhlükəsizlik Şurası ləğv edilməlidir.BMT varsa BMT-nin Təhlükəsizlik Şurası nə deməkdir?Bir ordu digər bir xalqın ərazisinə girdimi,BMT özü iclas çağırsın,o iclasda dünya ölkələri nə qərar verərsə o qərar əsasında da hərəkət edilsin.Vəssalam.Yoxsa BMT deyə bir təşkilat Vəizrov kimi gərəksiz,bambılı,donqili bir quruma çevrilməkdədir.Doğrudan da,əgər dünyada söz sahibi olan qurum BMT Təhlükəsizlik Şurasıdırsa BMT nəyə lazımdır?Sadəcə toplanmaq xatirinə toplanmağa?Əgər Təhlükəsizlik Şurası ləğv edilmək istənmirsə o zaman BMT ləğv edilməlidir.Yəni,misalçün,Azərbaycanda hər işi icrakomlar görürsə bələdiyyələr nəyə lazımdır?Bələdiyyə sədrləri çiçi kostyumlar geyərək bahalı maşınlarda lovğa baxışlarla camaatı süzərək gəzsinlər deyəmi var bələdiyyələr?İşlərinin adı nədir yəni?Şəhər və rayonlarda hansı işin qulpundan yapışırlar?Heç bir işin.Amma hər il büdcədən yüz milyonlarla manat ayrılır bələdiyyələri saxlamağa.Ki Avropa deməsin necə demokratik respublikasınız ki,bələdiyyələr yoxdu sizdə?Heyf deyilmi o pullar?
Tamamilə bu təklifə qoşuluruq.