"Rusiya iqtisadiyyatına qarşı sanksiyalar Qərb ölkələrinin özünə ziyan vurub".
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın “Newsweek” jurnalına müsahibəsində deyib.
"Qərbin birtərəfli məhdudlaşdırıcı tədbirləri Rusiyaya ziyan vurmaq şüarı altında tətbiq edilsə də, onlar ölkə iqtisadiyyatını sarsıda bilmədilər. Üstəlik, sanksiyalar onların özlərinə qarşı çevrildi. Avropanın əksər ölkələrində qiymət artımı, gəlirlərin azalması, enerji resurslarının çatışmazlığı müşahidə olunur", - Lavrov bildirib.
Nazirin fikrincə, Qərb öz maraqlarının zərərinə hərəkət etmək istəyirsə, bunun qarşısını almaq mümkün deyil.


Şərhlər
Bir də görürsən biriləri sevinir ki,urrraa,Rusiya dağılacaq.Rusiya dağılınca guya Qafqazda haqq-ədalət hökm sürəcək.Sanki dünyanı qarışdıran ABŞ və Fransa deyil.Bu iki ölkədi bəşəriyyətin bəlası.Rusiya bu gün yox olarsa sabahdan ABŞ və Fransa cumar Qafqaza,ermənini açıqca dəstəkləyərək müslimanların qanında üzərlər.İraqın,Suriyanın,Əfqanıstanın,Ruandanın,Somalinin gününə salarlar Azərbaycanı və Şimali Qafqazı.Yoxsa unutmusunuz, 44 günlük müharibənin ilk günlərindəncə ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmadılarmı Azərbaycana qoşun yeridilsin deyə?Biz bu savaşda tamamən haqlı olduğumuz halda.Çin bitərəf qaldı,yəni mənə nə,istərsiniz yeridin qoşunu.Amma qarşı çıxan kim oldu?İngiltərə və Rusiya.İndi təsəvvür edin ki,qarşı çıxmayaydılar Azərbaycana qoşun yeridilməsinə,o zaman nələr olacaqdı?Türkiyə özünü oda atacaqdı qardaş kimi,amma təkbaşına o boyda nüvə dövlətlərinə qarşı necə dayanacaqdı?Pakistan bizi müdafiə edəcəkdi,o zaman da nüvə müharibəsi başlayacaqdı.Mütləq.Çünki Pakistan da “yava” dövlətdi,geri durmazdı,komandoları da dünyada birincidi.Nəticədə bütün Qafqaz,bütün Asiya od-alov içinə düşəcəkdi.Amerikanın nəyinə lazım,yanır yansın Asiya.Bismark demiş,o ölkənin iki tərəfi okeanla qorunur deyə rahatdı.Nə olacaqsa bizə---Asiyalı zavallılara olacaqdı.Amma ABŞ və Fransa məhz Rusiyanın qorxusundan Qafqaza və Orta Asiyaya burunlarını soxammırlar,hətta Türk ordusu ilk dəfə Suriyaya girdiyində ABŞ onu nüvə silahıyla hədələdiyi zaman Putin bildirdi ki,ABŞ və Fransa belə fikrə düşərlərsə Rusiya Türkiyəni HHM-lərlə qoruyacaq.Bax bunlara görə ABŞ Rusiyanın çöküşünü istəyir.Amma sən niyə istəyirsən bunu,ay bədbəxt?Rusiya çökərsə yerində kiçik türk dövlətləri yaranacaq da,Amerikanlar və Fransızlar da bunu sakitcə seyr edəcəklərmi?Urrraa,daha bir neçə türk respublikası yarandı deyə?İllüziyalarla,xəyallarla yaşamayın,a kişilər.Bu günün faktı budur ki,Rusiya və Çin Asiyada ABŞ-ın və Fransanın qarşısını alan böyük güclərdi.Fakt xəyaldan güclüdür.Nağayraq.