QARABAĞ FƏDAİSİ – “QARAGAF QARTALI” – Bir prokurorun qəhrəmanlıq hekayəsi

Ələmdar Məmmədov,

Təqaüddə olan baş ədliyyə müşaviri

Vətəni sevmək imandandır. Peyğəmbər(s.ə.s.) 

Vətəni qoruyarsan, Vətən olar, qorumazsan, kəfən olar! 

Dövlət orqanları sistemində prokurorluğun tutduğu yer, sosial təyinatı elədir ki, bütünlükdə qanunçuluğun vəziyyətinə görə məsuliyyət daşısa da, əsasən nəzarət orqanı kimi fəaliyyət göstərir. Lakin bəzən elə şərait yaranır ki, prokurorluq işçisi karyerasını, hətta həyatını təhlükə altına qoyaraq, vəzifəsinə uyğun olmayan addımlar atmalı olur. Haqqında söhbət açdığımız belə insanlardan biri də Eldar Sultanovdur. 

Eldar müəllimin həyat dəftərini vərəqləyərək, bu qədər fədakarlığın və vətənpərvərliyin haradan qaynaqlandığını düşünür, iş yoldaşım olmuş mühüm işlər üzrə böyük müstəntiq rəhmətlik Ələfsər Əliyevin tez-tez təkrar etdiyi sözləri xatırlayıram. Ələfsər müəllim deyirdi: “Kişi, anadan kişi doğulmalıdır”. Bəli, qanı fədakarlıqla yoğrulmuş Eldar müəllim əsl azərbaycanlı kişisi kimi vətəni qorumaq üçün doğulmuşdu.

8 iyul 1946-cı ildə Bakı şəhərində anadan olmuş Eldar Sadıq oğlu Sultanovun yeniyetməlik və gəncliyi keçən əsrin 60-70-ci illərinə - zəhmətlə dolu, keşməkeşli, lakin sabaha ümüdlü sovet dövrünə təsadüf edirdi.

Erkən yaşlarından əmək fəaliyyətinə başlayan Eldar Sultanov 1962-1967-ci illərdə L.Şmidt adına zavodda fəhlə işləmiş, 1967-1969-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vuran Eldar Sultanov 1969-1975-ci illərdə Volodarski adına fabrikdə, 1976-1977-ci illərdə B.Sərdarov adına zavodda fəhlə işləmişdir.1971-1977-ci illərdə ADU-nun Hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır.

1977-ci ildə prokurorluq orqanlarında işə düzəlib. Stajyorluq müddəti bitdikdən sonra Lenin (indiki Sabunçu) rayon prokurorluğunda müstəntiq, 1981-ci ildə baş müstəntiq, 1983-cü ilin aprel ayından həmin rayon prokurorunun köməkçisi vəzifəsində işləmişdir. 1985-ci ildə SSRİ Baş Prokurorluğunun Xarkov şəhərində yerləşən rəhbər kadrlarının ixtisasartırma institutunu əla qiymətlərlə bitirmişdir. 1984-1988-ci illərdə Bakı şəhər prokurorunun müavini, 1988-1992-ci illərdə Əli Bayramlı şəhər (indiki Şirvan) prokuroru vəzifəsində işləmişdir. 1993-1994-cü illərdə Hərbi Prokurorluqda, 1994-2004-cü illərdə Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsində işləmiş, 2004-cü ildə xidmət illərinə görə təqaüdə çıxmış, 23 iyul 2007-ci ildə vəfat etmişdir.

Eldar Sultanovun həyatının ən keşməkeşli, həm də mənalı anları 1988-1992-ci illərdə Əli Bayramlı şəhər prokuroru vəzifəsində işlədiyi illərə təsadüf edir. Bu həmin dövr idi ki, SSRİ adlı nəhəng super dövləti silkələyən erməni separatizmi özünü açıq şəkildə göstərirdi.

Belə ki, 1987-ci iln oktyabr ayında ermənilərin Qarabağ arzularını beşikdə boğan Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra, Azərbaycanı arxasız görən düşmənlərimiz açıq hərəkətə keçdilər. 1987–ci ilin noyabrında Parisdə Fransa erməni institutunun və erməni veteranlar assosiasiyasının təşkil etdiyi tədbirdə M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Qarabağ barədə demişdi: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana".

Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində də təkrar etmişdi. Hamı yaxşı başa düşürdü ki, A.Aqanbekyan M.Qorbaçovun xəbəri olmadan belə çıxış edə bilməzdi.

Bir müddətdən sonra 200 mindən artıq soydaşımız Ermənistandan qovuldu. İqtidar və təzə formalaşmağa başlayan müxalifət liderlərinin xalqın ziyanına “ilk müştərək işi” məcburi köçkünləri Qarabağda məskunlaşdırmaq əvəzinə respublikanın müxtəlif şəhərlərində - əsasən Bakı və Sumqayıtda yerləşdirmək oldu.

“Sülhsevər” və “cəfakeş” ermənilər mərkəzi hökumətin ayırdığı pulları silahlanmağa sərf edəndə, biz düşmənə “göz dağı vermək üçün” tikinti, abadlıq, quruculuq işlərinə başladıq.

İllər ötəcək, SSRİ dağılmaq üzrə olanda, torpaqlar bir-bir işğal olunanda sovet dövlətinin qüdrətinə güvənən iqtidar liderləri “böyük qardaşın” ədalətli mövqe tutacağına xalqı inandırmağa, müxalifət liderləri daha irəli gedərək torpaqların işğalı ilə barışmayan xalqı “Almanlar Moskvaya gəlib çatmışdılar, lakin qələbə sovetlərin oldu” fikri ilə ovundurmağa çalışacaqdılar!...

****

Eldar müəllim şəhər prokuroru kimi fəaliyyətinin əvvəlində köçkünlərin problemləri ilə maraqlanır, onların acı taleyini yüngülləşdirmək istəyir və bu yolda səyini əsirgəmirdi.

1989-cu ildə Qarabağda vəziyyət xeyli gərginləşmişdi. Xatirimdədir, avqust ayında yarımilliyin yekunu ilə əlaqədar kollegiya iclası keçirilirdi. Fasilədə bir neçə prokurorla birlikdə nahar edirdik. Eldar müəllim inandırıcı dəlillərlə Qarabağ münaqişəsinin əsl mahiyyətini açıq şəkildə bildirir, ermənilərin işğalçılıq planlarından danışır, Qarabağa yardım məsələsinə toxunurdu. Axı, çoxları hələ də SSRİ adlı nəhəng dövlətin sonunun başlanğıcı olan Qarabağ münaqişəsinin böyüməsinə imkan verməyəcəyinə inanırdı. Məhz bu görüşdən sonra biz, Qarabağla birbaşa əlaqəsi olmayan insanlar münaqişənin mahiyyətini başa düşüb, müvafiq addımlar atmağa başladıq. Həmin görüşdə məlum oldu ki, Eldar müəllim xeyli müddətdir Qarabağa yardım işi ilə məşğul olur.

Haşiyə: 1988-1990-cı illərdə Şuşa rayon DİŞ-nin rəisi işləmiş, təqaüddə olan polis polkovniki Saadir Məmmədovun dediklərindən:

- Yol hərəkət qaydalarını pozan yük maşınının sürücüsü DAM-nin işçisinin qanuni tələbinə tabe olmadığına görə maşınla brlikdə şöbəyə gətirilmişdi. Yarım saat keçməmiş Eldar Sultanov telefonla mənə zəng etdi. Edar müəllimlə şəxsi tanışlığım olmasa da, onun Qarabağda nüfuzuna bələd idim. Mən məsələnin mahiyyətini və sürücünün təqsirini Eldar müəllimə çatdırdım. O mənimlə razılaşdı, lakin dedi ki, həmin sürücü Əli Bayramlıdan 9 dəfə Qarabağa səfər edib. Bu sözdən sonra sürücünün xətası olsa da onu buraxdıq...

1990-cı ilin noyabr ayında Ali Sovetə keçirilən seçkilərə qatılan Eldar müəllim deputat seçildi. Onun namizədliyini şəhərin nəqliyyatçıları irəli sürmüşdülər. Bu, təsadüfi deyildi. Axı, Eldar müəllim artıq bir il idi könüllü sürücülərlə, necə deyərlər, iş birliyində idi. Qarabağa yardımı onlar aparırdılar.

Əgər 1990-cı ilin noyabr ayına kimi Eldar müəllim Qarabağ əməliyyatlarını (silah-sursat əldə edib göndərmək, maddi yardım etmək və.s.) gizli şəkildə həyata keçirirdisə, parlamentə üzv çeçildikdən sonra bunu açıq-aşkar edirdi.

Parlamentin ilk iclasında məlum oldu ki, Qarabağdakı vəziyyəti bir çoxları bimir və yaxud özünü bilməməzliyə vurur.

Ali Sovetin sədri Elmira Qafarovanın - kim könüllü olaraq Qarabağa getmək istəyir? - sualına yalnız Eldar Sultanov müsbət cavab vermişdi. İclas qurtararkən evə gələn Eldar müəllim yol çantasının hazır olduğunu görür.

Eldar Sultanov həyat yoldaşı Havva xanım və oğlu Elmarla

Haşiyə: Eldar müəllim deyidi ki, ailəmdən narahat deyiləm. Məni başa düşən, həmişə dəstək olan, uşaqlarımın anası, ömür-gün yoldaşım Havva xanım vardır. Eldar müəllimin həyat yoldaşı Havva xanımın həyatı da keşməkeşli olub. 16 yaşı olanda anasını itirib. Balaca bacı və qardaşına baxmalı olub. Atasına kömək məqsədi ilə 17 yaşından əmək fəaliyyətinə başlayıb. 1971-ci ildə ADU-nun Hüquq fakültəsinin axşam şöbəsinə daxil olub və taleyin işinə bax, 2-ci kursda olarkən Eldar müəllim də həmin qrupda təhsil almalı olub (Eldar Sultanov fakültənin gündüz şöbəsinə daxil olsa da, valideynlərinin çətin maddi durumuna görə öz ərizəsi ilə axşam şöbəsinə keçmiş, gündüzlər işləmişdir.). Tezliklə tələbə yoldaşlığı qəlb dostluğuna çevrilmiş və onlar 1977-cı ildə ailə həyatı qurmuşdular. Bu evlilikdən cütlüyün Elmar və Rüfət adlı iki övladı dünyaya gəlib. Eldar müəllim prokurorluqda, Havva xanım Meşə Təsərrüfatı Nazirliyində inzibati-təsərrüfat şöbəsinin müdiri vəzifəsində, sonralar Mədəniyyət Nazirliyində hüquq məsləhətçisi işləmişdir. Eldar müəllimin Qarabağa - Şuşaya getmək qərarını televiziyanın xəbərlər bülletenindən eşidən Havva xanım səfər üçün hazırlıq görmüşdü. Əvvəllər Eldar müəllim Qarabağa yardım göstərməklə kifayətlənirdisə, həmin gündən artıq döyüşçü kimi Qarabağın bir hissəsi oldu.

İclasın səhəri günü iki illik məzuniyyət götürərək raykomun 1-ci katibi Vaqif Cəfərovun xidməti maşını ilə Şuşaya gələn Eldar müəllim 13 yaşlı oğlu Elmarı da özü ilə aparır. 1990-cı ilin axırı və 1991-ci ilin əvvəlini Qarabağda keçirən Eldar müəllim Şuşa ətrafı kəndləri - Kosalar, Meşəli, Kərkicahan, Daşaltı və digər yaşayış məskənlərini gəzir, insanlarla söhbət edir, vəziyyətlə yerində tanış olub əlaqədar təşkilatlara ümumi vəziyyəti çatdırırdı.

Bir gün xəbər gəlir ki, Qaragaflılar da köçmək istəyirlər.

Dəniz səviyyəsindən 1760 metr yüksəklikdə Qırxqız dağlarının ətəyində yerləşən Qaragaf kəndi təkcə mərd və cəsur insanları ilə deyil, həm də strateji əhəmiyyətinə görə erməilərə qənim kəsilmişdi. Kosalarla Laçın rayonu arasında körpü rolunu oynayırdı bu kənd. Cəmi 16 evdən ibarət 100 nəfərdən bir qədər çox əhalisi olan kəndin azsaylı əhalisi arvadlı-kişili, uşaqlı-böyüklü hamısı silahdan istifadə etməyi bacarırdı, lakin bir müddət əvvəl əhalidən bütün növ silahlar yığılmışdı. Qaragavın itirilməsi Qırxqızın, eləcə də Laçının şimalının itirilməsi demək idi.

Qaragafa gedən ilk deputat və məmur olan Eldar Sultanov 13 yaşlı oğlu Elmarı da özü ilə aparmışdı. Kənd sakinlərini inandırır ki, köçmək lazım deyil. 3 gün kənddə qalıb istehkamlar qurulmasını təşkil edir. Ermənilər atəş nöqtələrindən kəndi daim təhdid edir, insanlara atəş açırdılar. Mingəçevir şəhərində hazırlanıb Şuşaya göndərilmiş “Qrad“ qurğusundan açılan effektli atəşlə ermənilərin atəş nöqtələri susdurulur. Bundan sonra erməni yaraqlılarının yerləşdiyi Daqrav kəndi “Qrad” atəşinə məruz qaldı. Qarabağ münaqişəsi vaxtı qaragaflılar 3 dəfə Meşəlini ermənilərdən geri aldılar. Balaca Elmar isə xəstələrə yardım edilməsində, patron daşınmasında böyüklərə kömək edirdi. Bu kəndin camaatı Şuşa işğal olunduqdan sonra da bir neçə gün ermənilərlə döyüşməli oldu.

Müdriklərdən biri demişdir: “Atasız-anasız olarsan, səni övladlığa götürərlər, tam olmasa da qismən valideynləri əvəz edərlər. Övladsız olsan, yetim uşaq götürüb böyüdərsən, qismən övladsızlığı unudarsan. Lakin vətən olmasa, vətəni əvəz edəcək heç nə tapmaq olmaz”.

Vətənsiz də insan olan, 

İnsan kimi yaşayarmı? (S.Vurğun).

Eldar müəllim azyaşlı oğlunu atəş altına apararaq kənd camaatına ürək-dirək verir, həm də sübut edirdi ki, vətəni ailədən, övladlarından üstün tutan nadir şəxsiyyətlərdəndir. Məhz bu şücayətinə görə “Qaragaf Qartalı” deyirdilər Eldar Sultanova.

Oğlu Elmar Sultanovun dediklərindən: “Atam növbəti səfərində məni də Şuşaya apardı. Şuşada Adil əmigildə qalırdıq. Sonra atam məni Qaragaf kəndinə apardı. Yadımda qalan odur ki, hər gün atışma olurdu. Mən də yaşıdlarımla yaralılara qulluq edir, lazım olanda patron daşıyırdım”.

Eldar müəllim Şuşada RİH başçısının müavini işləyən Adil Babişevin evində qalırdı. Adil müəllimin oğlu Eminin dediklərindən: “Eldar əmi birinci dəfə oğlu Elmarla gəlmişdi. Tezliklə Elmarla dostlaşdıq və daim bir yerdə olurduq. Hərdən kəndlərə gedəndə Elmarı da özü ilə aparırdı. Sonralar biz qaçqınlıq dövründə Əli Bayramlıda Eldar əmigildə qalırdıq”.

Haşiyə: Həmin vaxt Mingəçevir şəhər prokuroru işləyən Bəhruz Mahmudov qonşu respublikada yerləşən hərbi hissə komandirlərindən biri ilə əlaqə yaradıb öz vəsaiti hesabına “Qrad” qurğusunun eskizlərini əldə edərək, Mingəçevir şəhərində yerləşən zavoda gətirir. Zavodun mühəndis-texnk heyəti həvəslə bu işə girişir və gərgin əmək sayəsində 2 “Qrad” qurğusu düzəldirlər. Qurğunun biri də Şuşaya göndərilir. Məhz həmin qurğunun köməyi ilə ermənilərə layiqli cavab verilir, atəş nöqtələri susdurulur...

Eldar müəllim Qarabağda dəfələrlə ölümlə üz-üzə gəlir. İki dəfə olduğu maşın qəzaya uğrayır, bir neçə dəfə düşmən tərəfi maşın karvanını atəşə tutsa da, Uca Tanrı qoruyur onu.

Kərkicahanlılar Eldar müəllimdən silah-sursat istəmişdilər. Tikinti materialları daşıyan yük maşınında xeyli silah-sursat var idi. Maşın yolda sürüşür və dərəyə aşmaq üzrə olanda arxa tərəfi qayaya ilişir. Eldar müəllim özü maşının yanında qalıb, sürücünü Turşsu qəsəbəsinə göndərir. Bir neçə saatdan sonra sürücü traktorla gəlir və onlar yükü Kərkicahana çatdırırlar.

Başqa bir vaxtda 15 maşınla Şuşaya gedərkən ermənilər qabaqda gedən iki maşını vururlar. Sürücülər qorxuya düşüb bəziləri qaçıb gizlənirlər. Bu zaman patrul maşını görünür. Eldar müəllim deputat və prokuror vəsiqəsini patrullara göstərərək onlarla birlikdə Şuşaya gedib, əlavə qüvvə ilə qayıdıb yükləri Şuşaya çatdıra bilir. Sual oluna bilər: Eldar müəllim silah-sursatı necə və haradan alırdı? Əlbəttə, həmişə müharibəyə gəlir mənbəyi kimi baxan ruslardan!

1985-1997-ci illərdə Əli Bayramlı Şəhər Prokurorluğunda sürücü işləmiş Həsən Həsənovun dediklərindən: “Eldar müəllim bütün həyatını və fəaliyyətini Qarabağ problemlərinə həsr etmişdi. 1990-cı ildən sonra, ümumiyyətlə, gec-gec görüşürdük. Eldar müəllim Qarabağa xidməti maşınla getmirdi. Onun tapşırığı ilə dəfələrlə Abşeronda yerləşən hərbi hissələrdən 200 min, 300 min müxtəlif kalibrli patron alıb Şuşaya göndərmişəm. Bu işdə şəhər ziyalıları və imkanlı adamların maddi dəstəyini də qeyd etməliyəm. Şuşa işğal olunandan sonra Eldar müəllimi həmişə məyus görürdüm. Bir müddətdən sonra şəhər prokuroru vəzifəsindən istefaya getdi. Eldar müəllim xəstə olarkan mənə evinin satılması üçün etibarnamə verdi. Mən müştəri tapıb evi satdım. Satışdan əldə olunan pulu müalicəsinə sərf etdi”...

Əli Bayramlı (Şirvan) Şəhər Prokurorluğunda dəftərxana müdiri işləyən Qalina Hüseynovanın dediklərindən: “Mən 1982-ci ildən Əli Bayramlı Şəhər Prokurorluğunda dəftərxana müdiri işləyirəm. Eldar müəllim işlədiyim üçüncü prokuror idi. O, təxminən bir il işə normal gəlib-getdi. Bundan sonra onu az-az görürdük. Bütün vaxtını Qarabağda keçirirdi”.

1988-1990-cı illərdə Əli Bayramlı şəhər DİŞ-nin rəisi işləmiş, təqaüddə olan polis polkovniki Əziz Mövlanovun dediklərindən: “Eldar Sultanovla ilk gündən səmimi və işgüzar münasibətlərimiz yaranmışdı. 1989-cu ildə Qarabağla əlaqədar hadisələr qızışandan sonra az-az görüşürdük. Çünki,Eldar müəllim vaxtının çoxunu Qarabağda keçirirdi”.

1990-1992-ci illərdə Əli Bayramlı şəhər DİŞ-nin rəisi işləmiş, təqaüddə olan polis polkovniki Hüseynağa Ocaqovun dediklərindən: “Eldar müəllimlə ilk görüşümüzdən aramızda xoş münasibət yarandı. 1990-cı ildə parlament seçkilərindən sonra Eldar müəllim aylarla Qarabağda olurdu. Bizim şöbənin əməkdaşları da Qarabağ bölgəsinə ezam olunurdular”.

1-ci Qarabağ savaşında Ağdam rayon prokuroru vəzifəsində işləmiş Zahid Tağıyevin dediklərindən: “Eldar müəllim bir neçə dəfə Ağdama gəlmişdi.Bir dəfə mənim yanıma gələrək iri çaplı pulemyot istədi. Həmin vaxt ağdamlılara da silah lazım idi. Mən xüsusi xidmət orqanlarının köməyi ilə onun istədiyi silah-sursatı tapıb verdim (Bu həmin Zahid Tağıyevdir ki, 25 fevral 1992-ci ildə Ağdam şəhəri, o cümlədən, prokurorluğun inzibatı binası “Qrad” qurğuları ilə atəşə məruz qalanda postunu tərk etməmiş, digər rayon rəhbərləri ilə birlikdə həyəcanlanmış xalqı sakitləşdirməyə çalışmaqla bərabər, həmin gecə tamah məqsədi ilə 4 nəfərin öldürülməsi ilə nəticələnən qanlı cinayətin açılmasını təmin etmişdir).

Eldar müəllim Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanmırdı. Ona görə də “hər sey Qarabağ üçün” prinsipi ilə hərəkət edərək bu yolda mübarizə üsulunun bütün forma və metodlarından istifadə edirdi. Təsadüfi deyil ki, DQMV-nin prokuroru V.Vasilenkonun şərəfinə təşkil edilmiş ziyafətdə Eldar da iştirak edirdi. 

Haşiyə: 1988-ci ilin əvvəllərindən ermənilər uzun illər ərzində hazırladıqları planı - Qarabağın işğal edilməsini həyata keçirməyə başladılar. Bu məqsədlə partiya, sovet orqanlarını ələ almaqla kifayətlənməyib, hüquq-mühafizə orqanlarını da öz oyunlarına qatmışdılar.

Həmin dövrdə digər hüquq-mühafizə orqanları kimi prokurorluq da erməniləşdirilmişdi. Bütün vilayət üzrə, Şuşa Prokurorluğu istisna olmaqla, cəmi 3 nəfər azərbaycanlı işləyirdi.

Bunlar vilayət prokurorunun böyük köməkçisi Şahmalı Məmmədov, istintaq bölməsinin böyük prokuroru Qənimət Səfərov və Əskəran rayon prokurorunun köməkçisi Siyasət Aliyev idi (Bir müddətdən sonra ermənilər Siyasət Aliyevi bıçaqladılar).

Başqa sözlə, dövlət tərəfindən müəyyən edilən və sanksiyalaşdırılan, dövlət məcburetməsi ilə təmin olunan normaları həyata keçirməli olan hüquq-mühafizə orqanlarının işi iflic vəziyyətinə düşmüşdü.

DQMV adlı qurum yarandığı gündən vilayət prokuroru həmişə erməni olmuşdu. Axırıncı erməni prokuror Arkadi Babayan artıq öz erməni xislətini gizlətmirdi. Respublika prokuroru İlyas İsmayılovun təşəbbüsü ilə A.Babayan vəzifəsindən kənarlaşdırıldı və 1988-ci ilin mart ayında kompromis variant kimi vilayət prokuroru vəzifəsinə Valeri Vladimiroviç Vasilenko təyin edildi (Vilayət prokurorunu işdən azad edilməsi və vəzifəyə təyin edilməsi SSRİ Baş prokurorunun səlahiyyətinə aid idi). Eyni zamanda vilayət prokuroruun müavini vəzifəsinə sonrallar bir neçə rayonda prokuror işləyən Mübariz Bayramov gətirildi.

Moskvanın nümayəndəsi kimi V.Vasilenkonun ədalətli mövqe tutmasından çox şey asılı idi. Bu təyinatdan sonra baş tutan kollegiya iclaslarından birində həmin dövrdə Respublika Prokurorluğunun Ümumi nəzarət şöbəsinin rəisi işləyən İsaxan Vəliyevin təklifi ilə Masallı rayon prokuroru Əzizağa Həsənovun, Kirovabad (Gəncə) şəhər Gəncə rayon prokuroru Mahmud Nəbiyevin iştirakı ilə V.Vasilenkonun şərəfinə verilən ziyafətdə Eldar Sultanov da iştirak edirdi. Biz V.Vasilenkoya Qarabağ həqiqətlərini çatdırmağa çalışırdıq. Bir neçə saatlıq həmin görüşdə Eldar müəllim xüsusi məlumatlılığı ilə fərqlənidi. Sonralar ermənilər V.Vasilenkonu Azərbaycana rəğbətdə təqsirləndirir, ona silah tuşlamaqdan belə çəkinmirdilər. Bu səbəbdən V.Vasilenko ailəsini Xankəndində deyil, Şuşada yerləşdirmişdi.

1988-1992-ci illərdə Şuşa rayon prokuroru vəzifəsində işləmiş Ələddin Ələsgərov V.Vasilenkonun həqiqətən ədalətli mövqe tutması barədə bu gün də ağızdolusu danışır. Həmin dövrdə rayon prokurorluğunda müstəntiq işləmiş Əhməd Abdullayev də mənimlə söhbətində bu faktı təsdiq etdi.

Ermənilərin saysız-hesabsız şikayətləri nəticəsində V.Vasilenko 1990-cı ildə vəzifəsindən kənarlaşdırıldı.

1991-ci ilin axırı 1992-cü ilin əvvəlləri Şuşa ətrafında mühasirə halqası daralırdı. Şuşa RİH-nin başçısı Mikayıl Gözəlovun xaincəsinə öldürülməsindən sonra əhalidə ruh düşgünlüyü, pərakəndəlik hiss olunurdu. Ermənilər ətraf kəndləri işğal edirdi. Döyüşlər ara vermirdi. Hər gün Şuşaya şəhidlər gətirilirdi. Eldar müəllim qıtlığı nəzərə alaraq şəhərə xeyli kəfənlik gətirmişdi. Onun xahişini nəzərə alan Şeyx Şuşaya vicdanlı və gənc molla göndərmişdi. Belə bir şəraitdə Eldar müəllim səylərini daha da artırır, özünü bütünlüklə Şuşanın müdafiəsinə həsr edirdi. Şuşa müdafiə batalyonunun komandiri Ramiz Qənbərovla sıx əlaqədə olan Eldar müəllim hər cür vasitələrdən istifadə edərək şuşalılara kömək edirdi. Sonralar Şuşanın işğalından 5 gün əvvəl şəhid olmuş Ramiz Qənbərovun son sözlərini tez-tez xatırlayırdı Eldar müəllim. Ağır güllə yarası almış gənc və cəsur komandir “Ölmək istəmirəm, Şuşanı müdafiəsiz qoya bilmərəm”, - deyirdi.

Eldar Sultanov sonralar müsahibələrinin birində deyəcəkdi: “Şuşa Xankəndi yolu tamamilə minalanmış, keçilməz olmuşdu. Müdafiə Nazirliyinin rəhbərliyi Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin Şuşaya gəlməsi münasibəti ilə mina xəritəsini istəmiş, yol minalardan təmizlənmiş, lakin Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin əvəzinə həmin yolla ermənilər gələrək Şuşanı işğal etmişdilər". 

Eldar müəllim bunun xəyanət, yoxsa diqqətsizlik olduğunu ömrünün axırına kimi öyrənə bilmədi. Müdafiə Nazirliyi və Respublika rəhbərliyi dəfələrlə Baş prokuror Murad Babayevdən Eldar Sultanovun vəzifəsindən kənarlaşdırılmasını tələb etsələr də, Murad Babayev həmişə Eldar müəllimə dəstək olmuşdu. ”Müdrik rəhbərlər” Eldar Sultanovu sülh prosesinə mane olmaqda təqsirləndirirdilər. Respublika rəhbərliyi həqiqəti xalqdan gizlədir, həyacan təbili çalanları şayiə yaymaqda təqsirləndirirdilər.

Şuşanın və Laçının işğalından sonra da Eldar müəllim fəal vətəndaşlıq mövqeyindən çəkinmədi. O, erməni faşizmini ifşa edən faktları yığıb saxlamışdı. İnanırdı ki, vaxt gələcək erməni faşistləri Beynəlxalq məhkəməyə çıxarılacaq və o dövlət ittihamçısı kimi olmasa da, şahid kimi bu prosesdə iştirak edəcək.

Bəzi deputat yoldaşlarının laqeydliyi, biganəliyi üzürdü onu. Bir dəfə Xocalı faciəsini əks etdirən filmə bir çox deputatların baxmaqdan imtina etməsini heç cür həzm edə bilmirdi. Bəziləri ona irad tutur, digərləri “bir gül ilə bahar olmaz”-deyirdilər.

1992-ci ilin sonlarında obyektiv (xəstəliyi) və subyektiv (yüksək çinli məmurların az qala düşmən kəsilməsi, təpkisi) səbəblərdən 5 illik konstitutsiya müddətinə bir neçə ay qalmış istefa verməli oldu Eldar müəllim.

Eldar müəllim xidməti işində də fərqlənirdi. O, dəfələrlə Baş prokurorluq tərəfindən mükafatlandırılmışdı. Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyərkən onun dövlət ittihamçısı olduğu cinayət işi ilə əlaqədar Az.tv 3 hissəli film çəkib nümayiş etdirmişdi. Təəsüf ki, bu yazını hazırlayarkən həmin filmi tapmaq mümkün olmadı.

Sözardı: Birinci Qarabağ savaşında bizim qəhrəman polis işçilərimizin fədakarlığı danılmazdır. Məhz buna görə də ilk Milli qəhramanlarımızın, dövlət mükafatı ilə təltif olunanların sırasında polis əməkdaşlarının adlarını görəndə iftixar hissi keçirir və onları həmişə yad edirik. Vətənsevər polis əməkdaşlarının ən qaynar yerlərdə olması, həm də onların vəzifə borcu idi. Lakin prokurorun və prokurorluq işçilərinin döyüş bölgəsində olması, əlində silah döyüşməsi, gecə-gündüz silah daşıması vəzifə borcu deyildi. Məhz bu səbəbdən də bir nəfər də olsa prokurorluq işçisi hökumət mükafatı ilə təltif olunmayıb. Bu, həmin dövrdə, xüsusi ilə müstəqillik dövründə quruma rəhbərlik etmiş Baş prokurorların yumşaq desək, diqqətsizliyinin nəticəsidir.

Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə 1 oktyabr Prokurorluğun peşə bayramı günü elan edildi. Həmin vaxtdan hər il öz vəzifə borcunu ləyaqətlə icra edən onlarla prokurorluq işçisi Prezidentin sərəncamı ilə müxtəlif dövlət mükafatları ilə təltif olunurlar.

İnanıram ki, fəaliyyətinin əvvəlindən bir çox yeniliklərə imza atıb, prokurorluğun fəaliyyətini canlandıran Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu məsələ ilə əlaqədar araşdırma aparıb, 1-ci Qarabağ savaşında karyerasını, həyatını, hətta ailə üzvlərini təhlükə altında qoyan Eldar Sultanov kimi fədakar prokurorluq işçilərinin dövlət mükafatına təqdim olunması üçün zəruri addımlar atacaq.

P.S. 1994-cü ilin fevral ayında keçirilən kollegiya iclasında Baş prokuror Əli Ömərovun şəxsi avtomobilini satıb 5 milyon manat qaçqın –köçkünlərin ehtiyacı üçün göndərdiyi xəbəri televiziya vasitəsi ilə elan olunan günün səhərisi prokurorlar arasında az qala yardım yarışı başladı. Hər gün televiziyada bu və ya digər prokurorun və rəisin qaçqınlara və köçkünlərə yardım etməsi barədə məlumat verilirdi. Bu həmin vaxt idi ki, Qarabağın çox hissəsi əldən getmiş, bir milyon soydaşımız ev-eşiyindən olmuş, Qarabağ dərdi ilə xəstəlik tapmış Eldar Sultanov isə müalicəsi üçün evini satmışdı...

Şərhlər

Səadət Səmədova 2022-09-26 11:10:29

Şəxsən tanıyırdım Eldar müəllimi. Əsil dost, mərd, xeyirxah insan kimi. Çox əfsus ki, yaşayıb zəhmətinin bəhrəsini, bir çox özü və Şuşa fədailəri kimi, Şuşanın bu gününü görmədi. Ruhu şad, məkanı cənnət olsun.Allah rəhmət eləsin.

M.Vidadi 2022-09-23 21:57:17

Qeyrətli vətən oğulları unudulmur. Allah rəhmət eləsin! Ələmdar müəllim sağolsun. Belə mərd oğullar barədə dəyərli yazılar hazırlayır.

Elmar Sultanov 2022-09-23 21:10:13

Ələmdar müəllimə təşəkkür edirəm! Çox gözəl məqalədir. Allah Sizə can sağlığı versin, uğurlar Sizə arzulayıram.

AMIN 2022-09-23 10:23:55

ELDAR MÜƏLLİMİN HƏYAT HEKAYƏSİ ƏSL QƏHRAMANLIQ NÜMUNƏSİDİR.İNDİKİ VƏ GƏLƏCƏK NƏSİLƏRƏ ÖRNƏKDİR.

Dilbər 2022-09-23 07:45:05

Ailə qədri bulən, övladlarını,nəvələrini qəlbən sevən ailə başçlsl kimi tanlylram onu .Həmişə Qarabağ- Qarabağ deyərdi yana-yana......yaddaşlmda belə qallb Eldar Sultanov.Məkanlnl cənnət olsun

Zahid 2022-09-22 20:43:42

Məqaləni diqqətlə oxudum. Artıq unudulmaqda olan hadisələr və onun iştirakçıları barədə verilən real və obyektiv məlumatlar şübhəsiz ki, məqalə müəllifi Ələmdar müəllimin uzun müddətli araşdırmaları və gərgin əməyini nəticəsidir. Allah Eldar müəllimə rəhmət eləsin, gözəl insan, savadlı hüquqşunas vətənpərvər ziyalı idi. BU xeyirxah işdə əməyi keçən Ələmdar müəllimə minnətdaram.

İlham 2022-09-22 18:24:52

Allah qəni qəni rəhmət eləsin Eldar müəllimə. Şəxsən tanıyırdım, təqaüddə olanda Şuşa , Kərkicahana səfərlərindən yana yana danışırdı, ömrünün sonunacan Qarabağ dərdini çəkdi. Onun təmənnasız xidmətləri haqda tanıyanlardan çox eşitmişəm , indi də xoş sözlərlə xatırlanır, mərd, vətənpərvər , xeyirxah insan. Ruhu şad olsun, Amin!

Rasim Allahverdiyev 2022-09-22 18:16:00

Sağ olun Ələmdar müəllim. Eldar müəllimin Həyat və fəaliyyətini bundan dolğun göstərmək olmaz. Allah Eldar müəllimə rəhmət eləsin, Ələmdar müəllimə can sağlığı arzulayıram.

Türk Turan 2022-09-22 18:15:07

Allah Azzə və Cəllə rəhmət eləsin Eldar müəllimə. Bütün məmurlarımıza ibrət olsun. Vətən sağ olsun!

Rasim Allahverdiyev 2022-09-22 18:09:29

Ələmdar müəllimə təşəkkür edirəm. Məqalə o qədər dolğun və hərtərəfli yazılıb ki, Eldar müəllimin bütün fəaliyyəti gözümün qabağında canlandı. Allah Eldar müəllimə də Ələsgər müəllimə də rəhmət eləsin. Ələmdar müəllimə can sağlığı arzulayıram.

Самира Султанова 2022-09-22 18:01:09

Горжусь, что ваша племянница, мое детство и юность прошли рядом с вами, все помню ничего не забыла , вы воин своего народа, прекрасный, добрый и главное смелый человек, мы вас любим, allah rəhmət eləsin и большое спасибо за статью

Elçin 2022-09-22 17:26:14

Allah rəhmət eləsin, ruhu şad olsun, mərd insan idi, o dövrdə hakimiyyətdə qorxmadan sözün deyən, çox az sayda həqiqiən vətən üçün yanan, xalq üçün əlindən gələni edən məmurlardan idi Eldar müəlliim.

İlham 2022-09-22 17:02:34

Allah qəni qəni rəhmət eləsin, müəllifə təşəkkür edirəm, Eldar müəllimin fəaliyyətini geniş araşdırdığı üçün.

Suqra 2022-09-22 16:51:11

Gözəl insan, vətənpərvər , qorxmaz dövlət xadimi, . Xatirəsi onu tanıyanların qəlbində bu gün də yaşayır, minnətdarlıqla anılır, Allah rəhnət eləsin.

Mahir 2022-09-22 16:32:57

Allah rəhmət eləsin Eldar müəllimə. Yaşımın imkan verdiyi qədər mərd, vətənpərvər, qeyrətli Vətən övladı kimi həkk olunub yaddaşıma. Mənim kimi Xocalı rayonunun Kosalar kəndinin bütün sakinləri, o cümlədən Qaragav, Meşəli camaatı Eldar Sultanovun təmənnasız xidmətlərini, əziyyətlərini heç vaxt unutmur, unutmayacaq. Bir daha Allahdan rəhmət diləyirəm! Ruhu daim şad olsun! Amin!

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price