FED-in qərarı manata necə təsir edəcək? - "Xaricdən gələn mallar bahalaşacaq...”

“FED-in qərarından sonra hələlik, ən azı bu il ərzində, Azərbaycan Mərkəzi Bankının valyuta dəyişikliyi ilə bağlı hansısa qərar verəcəyi gözlənilmir”.

Bu sözləri iqtisadşı-ekspert Natiq Cəfərli FED-in uçot dərəcənin artırmaq qərarını Modern.az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, obrazlı ifadə olunsa Azərbaycan manatı həm də bir növ kağız neftdir: “Neftin qiymətinin 90 dollar və ya daha artıq olduğu bir dövrdə Azərbaycan manatına hansısa dəyişiklik olmayacaq”.

“Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Bizdə dollara indeksləşmiş inzibati məzənnə rejimi var. Buna görə də dolların digər valyutalar qarşısında bahalaşmasını manatın da digər məzənnələr qarşısında bahalaşması kimi görürük”-deyə ekspert vurğulayıb.

“Uçot dərəcəsinin artırılmasının təbii ki, dolayı təsirləri olacaq. Baha dollar Azəbaycanda idxal inflyasiyasına səbəb ola bilər. Yəni xaricdən gətirdiyimiz malların daha da bahalaşması gözlənilir”, – deyə N.Cəfərli bildirib.

Ekspertin sözlərinə görə, FED dünya banklarında inflyasiyanı azaltmağa çalışdığı üçün uçot dərəcələrini artırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar