MTK rəhbərləri internetə görə hər sakindən nə qədər qazanır?

“Əksər MTK binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. “Bir bina bir provayderindir” prinsipi ilə işləyirlər”.

Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, provayderlər heç nədən çəkinmirlər: “Nə qədər inanılmaz olsa da, reallıq odur ki, adi bir MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir. MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız bir provayderi dəvət edərək separat sövdələşmə edirlər. Bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır. Vəssalam. Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da başqa provayderi buraxmayacaq”.

O. Gündüz qeyd edib ki, bununla da həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni şəkildə məhdudlaşdırılır, xidmətin keyfiyyəti üçün stimul formalaşmır: “MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozmuş olurlar. Antiinhisar Dövlət Xidmətinin, RİNN-in və digər aidiyyəti qurumların bundan xəbəri varmı? Əlbəttə, var. Lakin bunun qarşısını almaq üçün heç bir real addımlar müşahidə olunmur. Antiinhisar Dövlət Xidməti və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir. Problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir”.

Osman Gündüzün sözlərinə görə, yeni tikilmiş yaşayış kompklekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi, aidiyyəti qurum, məsələn, RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir. Antiinhisar Dövlət Xidməti bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar