“Rusiyadan Şimali Kiprə birbaşa uçuşlar başlamasından məmnun olarıq” - Ərdoğan

“Rusiyadan Şimali Kipr Türk Cümhuriyyətinə birbaşa uçuşlar başlamasından məmnun olarıq”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərindən səfərdən qayıdandan sonra söyləyib.

“Təbii ki, bizim Şimali Kiprlə bağlı siyasətimiz aydındır. Bu, mübahisəyə açıq deyil. Biz Şimali Kipri təsadüfi bir ölkə kimi görmürük. Biz bunu özümüz kimi qəbul etmişik, belə də görürük, belə də görəcəyik. Rusiya Prezidenti Putinlə görüşlərimizdə Şimali Kipr məsələsinə də toxundum. Mən onunla bu barədə davamlı danışmışam. Biz hər zaman Kiprdəki haqlı mübarizəmizi ölkəmizdə qəbul etdiyimiz və ya səfər etdiyimiz bütün liderlərə təkrarlamış və bildirmişik ki, məsələ ədalətli və daimi şəkildə həll olunmalıdır. Təbii ki, Rusiyadan Şimali Kipr Türk Respublikasına birbaşa uçuşlar başlasa, məmnun olarıq. Bunun başqa çox vacib tərəfi odur ki, Rusiyanın turizm potensialı çox yüksəkdir. Şimali Kipr Türk Respublikasının ən mühüm gəlir mənbələrindən biri də turizmdir”, - Prezident qeyd edib.

Dövlət başçısı ŞKTR-yə belə turistik axımın olması halında bu ölkədə ciddi iqtisadi sıçrayışa səbəb olacağına inandığını söyləyib: “Artıq turizm üçün çox yaxşı infrastruktura malik ölkədir. İnşallah, bu mövzuda alınacaq nəticələr Şimali Kipr Türk Respublikasını daha da irəli aparacaq. Ümid edirəm ki, qarşıdakı dövrdə Şimali Kipr Türk Cümhuriyyətinin tanınması ilə oranı çox fərqli bir gələcək gözləyir”.

Xatırladaq ki, daha öncə Türkiyə KİV-də Şimali Kipr və Rusiya arasında birbaşa uçuşların olacağına dair məlumat yayılmışdı. Daha sonra Rusiyanın Cənubi Kiprdəki səfiri Murad Zyazikov bu məlumatı təkzib etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar