Azərbaycanda bal niyə bahalaşıb? - AÇIQLAMA

Azərbaycanda balın qiymətinin artması dünyada baş verən bahalıqla bağlıdır. Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, ümumiyyətlə son 10 ildə balın qiyməti dəyişməmişdi.

“Balın qiyməti çox bahalaşmayıb. Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 manata almaq mümkün idisə, bu il qiymət 30 manatdır. Qiymət artımının əsas səbəbi bal istehsalı üçün lazım olan ləvazimatların bahalaşması ilə əlaqədardır. Belə ki, arıçılıqda istifadə olunan alətlər, arılara verilən dərmanların hamısı ölkəmizə Türkiyə və Rusiyadan gətirilir. Dünyada baş verən qiymət artımı fonunda arıçılıqda istifadə olunan məhsulların qiymətləri xarici ölkələrdə də artıb”,- B.Həsrətov bildirib.

O bildirib ki, bahalaşmanın digər səbəblərindən biri də Ukrayna müharibəsidir:

“Müharibədən əvvəl ölkəmizə kifayət qədər arıçılıq avadanlıqları gəlirdi. İndi bu proses dayanıb. Daşınma xərclərini də nəzərə alanda qiymət artımı qaçılmaz olur”, - deyə B.Həsrətov bildirib.

635x100

Şərhlər

Azər 2022-09-23 10:57:42

Azərbaycanda hər şey dünyanın bir çox ölkəsndən bahadır.Ancaq insan həyatı ucuzlaşdırıılıb.

dadaşyev 2022-09-23 09:16:09

Aaaa!Təkcə bal bahalaşıb ki?Allahın müftə-müsəlləm dənizdə,çaylarda yetişdirdiyi,üstündə zərrə qədər də əməyimizin olmadığı balığın od qiymətinə olduğu respublikada min əziyyətlə yetişdirilən bal neçəyə olmalıdır?Hələ arıçılar çox-çox insaflıdırlar,mən arıçı olsaydım,kilosunu yüz manatdan aşağı versəydim,köpəyoğluyam.,elə təkcə ona görə ki su qiymətinə olmalı olan balıq quzu ətindən də bahadı. Belə şey olarmı?Niyə a balam?Balıq niyə bunca bahadı?Onlara tövlə tikməmişik,yemini-suyunu-dərmanını verməmişik,çoxalmasının qayğısına qalmamışıq,tövləsini təmizləmirik,yununu qırxmırıq,südünü sağmırıq,yayda yaylağa qışda qışlağa aparıb gətirmirik,Allah boya-başa çatdırır,biz də qarmaq atıb,tilov atıb hazırını tuturuq,səbəb nədir balığın bu qədər bahalığına?Amma bircə kilo bal almaq üçün arıçının aylarla çəkdiyi əziyyətini görmüsünüzmü?Ona görə də lap yaxşı edir arıçılar.Ukraynanı-zadı bəhanə gətirməyə ehtiyac yoxdu,"bal niyə bahadı?" deyənə qısaca deyin ki "Ət bahadı,ona görə".Yəni İohann Göteni oxu.

Vasif 2022-09-22 23:03:26

Dünyanın ən bahalı balı həmişə Azərbaycanda olub, bu gündə ən bahalı bal bizdədir. Ümüdvaram ki, belə də qalacaq. Saxta bal isə bizə ümumiyyətlə tanış deyil.

Son yazılar