Argentinada neft emalı zavodunda partlayış olub, ölənlər var

Argentinanın Neuken əyalətində neft emalı zavodunda baş verən partlayışda 3 nəfər həlak olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Plaza Uinkul şəhərinin meri Qustavo Suares bildirib.

Merin sözlərinə görə, hazırda yanğınsöndürənlər hadisə yerində işləyir, yanğın hələ ki, nəzarətə götürülməyib. İndi onlar yanğının daha geniş əraziyə keçməsinin qarşısını almağa çalışırlar.

Neft emalı zavodu "New American Oil" şirkətinə məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar