Mari-El deputatları Putinin istefasını tələb edirlər – “Moqilizasiya bu hakimiyyətin sonu olacaq”

Mari-Eldən olan bələdiyyə deputatları rəsmi qaydada Rusiya Federasiyası (RF) Dövlət Dumasına müraciət ediblər ki, Duma Vladimir Putini vəzifəsindən kənarlaşdırsın. Bu, Rusiyada qismən səfərbərlik elan edilən gün baş verib.

Mari-El Respublikası Bələdiyyə Şurasının cavab sifarişinin fotosu sentyabrın 21-də Teleqram-kanallarda yer alıb. Sənədi assosiasiyanın başçısı Nikolay Sorokin imzalayıb (Obozrevatel.com).

Mətndə deyilir ki, yerli sovetin ümumi yığıncağı Dövlət Dumasına müraciət etmək qərarına gəlib və RF Prezidentinə qarşı ittiham irəli sürərək, onun vəzifəsindən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edilməsini istəyib.

Mari-El Respublikası Rusiya Federasiyasının subyektidir, Volqaboyu federal dairəsinə daxildir. Onun paytaxtı Yoşkar-Ola şəhəridir.

Xatırladırıq, bundan əvvəl Sankt-Peterburqdan olan deputat qrupu da Dövlət Dumasına müraciət etmiş və Putinin vəzifəsindən kənarlaşdırılması üçün təşəbbüs irəli sürmüşdü. Siyasətçilərin fikrincə, o, Ukraynaya qarşı «xüsusi hərbi əməliyyata» başlayan zaman dövlətə xəyanət edib.

Bundan sonra, Rusiya məhkəməsi deputatları RF ordusunu «diskreditə» etdiklərinə görə cərimələyib, Peterburq bələdiyyə dairəsini (Smolnı dairəsi) isə buraxıb.

Bundan əvvəl xəbər verildiyi kimi, «Vesna» hərəkatı («Bahar») RF-da qismən səfərbərlik elan olunandan sonra, etirazlar elan edərək, sentyabrın 21-də (yerli vaxtla saat 19:00-da) vətəndaşları bütün Rusiya şəhərlərinin mərkələrinə çıxmağa dəvət etmişdi. Fəallar «səfərbərliyi» («mobilizasiya») «məzarçılıq» («moqilizasiya») elan edərək, qeyd etmişdilər ki, indi müharibə hər bir rusiyalı ailəyə birbaşa təsirli olacaq. «Biz, əminik ki, «moqilizasiya» barədə qərar bu hakimiyyətin sonu olacaq» - onlar bəyan ediblər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar