Menu

Azərbaycanda təhsil avadanlıqları 2 il müddətinə gömrük rüsumundan azad edilir

23.09.2022, 12:07
Azərbaycanda təhsil avadanlıqları 2 il müddətinə gömrük rüsumundan azad edilir

Azərbaycanda təhsil məqsədi ilə ölkəyə idxal olunan avadanlıqların 2 il müddətinə gömrük rüsumundan azad edilmsəi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.

"Təkcə 2020-ci ildə həmin avadanlıqların idxalı üçün, təxminən, 3 milyon manat gömrük rüsumu, 600 min manata yaxın əlavə dəyər vergisi (ƏDV) ödənilib. Bu qərar məktəblərin aşağı qiymətə daha çox məhsul idxal etməsinə imkan verəcək", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol