II Qaragin müxalifətlə niyə anlaşa bilmədi? - "Katalikosun xahişi ona görə rədd edildi ki..."

Dünən erməni mətbuatı Eçmiadzində bütün ermənilərin katolikosu II Qareginin dəvəti ilə Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan və Artsaxın eks-prezidentləri Arkadi Qukasyan və Bako Saakyanın iştirakı ilə görüş keçirildiyi haqqında informasiya verilib. Məlumatda bildirilir ki, toplantıda Ermənistandakı vəziyyətlə bağlı söhbət olub, görüşlərin davam etdirilməsi qərara alınıb.

Rəsmi informasiyada görüşün yekununda birgə bəyanatın qəbul olunacağı da qeyd olunmuşdu.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl sözügedən toplantıda birgə bəyanatın qəbul olunmamasını müzakirələrin gərgin keçməsi ilə əlaqələndirir: "Ümumiyyətlə, bu görüşənlərin mümkün bəyanatından sülh, barışıq mesajları gözləməyə dəyməz. Çox güman və teleqram kanallarından sızan məlumatlara görə birinci prezident ikinci, üçüncü prezidentlərin idarə etdiyi müxalifətin Paşinyanı devirə bilmədiklərini nəzərə almağa, mövcud hakimiyyəti erməni millətinin maraqları üçün müdafiə etməyə, birlikdə Ermənistanın və “artsaxın” təhlükəsizliyi naminə bütün siyasi qüvvələri bu maraqlar ətrafında birləşməyə çağırıb.

Burada məqsədin bütün qüvvələri birləşdirərək Paşinyan iqtidarını daxili təsir və təzyiqlərdən kənar tutmaqla Azərbaycan qarşısında güclü görünmək, baş naziri məğlub kompleksindən çıxarıb ən azı Azərbaycana qarşı diplomatik savaşı bərabər səviyyədə aparmasına şərait yaradılması istisna olunmur. Görüş nəticəsiz qalıb və erməni cəmiyyətindəki mövcud böhran liderlərin də təfəkküründə izsiz ötüşmədiyindən razılaşma əldə olunmayıb və qərara alınıb ki, görüşlər davam etsin".

Ekspert xatırladır ki, erməni kilsəsi əsrlərdir ki, mövcud olma, dövlət qurma, erməni problemlərini dünya güclərinin köməyilə həll etmək siyasətinin və ideologiyasının mərkəzi olub: "Bu kilsə inam və inancdan, ibadətdən çox tarixən düşmənçilik toxumları səpib. Erməni kilsəsi Türkiyəni, Azərbaycanı, bütün türkləri düşmən elan edib. Bu düşmənçiliyi qlobal güclər tarixən Türkiyəyə, türklərə, Azərbaycana qarşı erməniləri alət edərək istifadə ediblər və edirlər. İndi də 23 ildir Türkiyə, Azərbaycan düşmənçiliyinin baş ideoloqu rolunda olan katolikos II Qaregin sülh göyərçini rolunda olası deyil”.

“2020-ci ilin dekabrında Paşinyanı könüllü istefaya çağıran katolikos keçmiş SSRİ KQB -sinin agenti kimi Rusiyanın tapşırığını yerinə yetirirdisə, indi Pelosinin gəlişindən sonra anti Rusiya isterikasının erməni cəmiyyətində artdığını görüb Rusiyanın köhnə kadrları ilə bir araya gəlməyin təşəbbüskarı və təşkilatçısı rolunda olmaq istəyir.

Ermənilərin sürüşkənliyi inanclarında da özünü göstərir. Amerikadakı ermənilər özlərini katolik və protestant, Rusiyadakılar provaslav, Livandakılar Apostol kilsəsi yaradıb özlərini qriqoryan və sairə hesab edirlər. Bu faktoru ona görə vurğulayırıq ki, erməni kilsəsinin dərdi inanc deyil, türklərlə barışmamaq və düşmənçiliyi davam etdirməkdir. Bütün erməni terror təşkilatları kilsələrinin təşkilatçılığı və maliyyəsi ilə yaradılıb, onları istiqamətləndirib və türklərə qarşı həm Türkiyədə, həm Azərbaycanda, eyni zamanda xarici ölkələrdə terror aksiyaları, qətllər təşkil ediblər. II Qaregin də katolikos olduğu 23 il ərzində sələflərindən geri qalmayıb və onun missiyasının bu dəfə də düşmənçilik olduğu şübhə doğrmur", - təhlilçi vurğulayıb.

Bəs, İrəvan prezidentləri ilə Xankəndi “prezidentlərini” razı salmayan nə olub ki, bir qərara gələ bilməyiblər?

İlham ismayıl deyir ki, Ter-Petrosyandan başqa bunların dördü Qarabağdandır və Paşinyana qarşı düşmənçilikləri var: "Bu səbəbdən 27 oktyabr 1997-ci ildə Azərbaycanla sülh müqaviləsi bağlamağı təklif edən birinci prezidentlə bu dəfə də razılaşma baş tutmayıb. Ermənistanda siyasi böhran davam etsə də Nyu-Yorkda BMT -nin dəhlizlərində Paşinyan və Mirzoyan Baydenlə, Stoltenberqlə ayaqüstü şəkillər çəkdirərək, guya Azərbaycanın son “aqressiyası” barədə bu şəxslərə məlumat verirlər. Düşmən düşmənçiliyini davam etrdirir. Azərbaycan Qarabağ problemində son nöqtəni qoymaq üçün öz gücü ilə Xankəndidə bayrağını yüksəltməlidi. Bu nöqtə gec qoyulduqca katalikoslar, bir sürü erməni “prezident yığnağı” başqa güclərin əli ilə çabalayacaqlar, bizə mane olmağa cəhd edəcəklər, necə ki, müharibədən iki il keçməsinə baxmayaraq sülhə yaxınlaşmaq istəmirlər. Sülh müqaviləsi olmadan da bu son nöqtəni qoymaq olar. İkinci Dünya müharibəsi 77 ildir ki, bitib, amma Yaponiya ilə Rusiya arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Biz önümüzdəki işimizi görməliyik”.

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Təhlükəsizlik eksperti 2022-09-23 18:39:38

Çarlığın 1918ci ildə İrandan köçmüş qrekor ian sektasına səhvən elan etdiyi respublikasının kəskinliklə ləğv məcburiyyəti hiss olunur? Bu yalnız Azərbaycan, Türkiyə deyil, Ukrayna, ABŞ və Rusiya dövlətlərinə nasizm-faşizm təhdidi və təxribatları aşılayan bir faşizmin ləğvi deməkdir!

Son yazılar