Menu

İran prezidenti Milli Məclisdə çıxış edəcək

11.11.2014, 13:29
İran prezidenti Milli Məclisdə çıxış edəcək

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisin qonağı olacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən APA-ya məlumata görə, H. Ruhaninin parlamentdə deputatlar qarşısında çıxış edəcəyi planlaşdırılır.

Qeyd edək ki, H. Ruhani Azərbaycana noyabrın 12-də səfər edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə 10 sənədin imzalanması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol