Fransada bir qrup erməni Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıb

Fransada bir qrup erməni Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb. "Report”un Fransa bürosu xəbər verir ki, polisin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.

Ermənilər mədəniyyət mərkəzinin binasına yalnız rəngli boya atmağa nail olublar. Polis təxribatçıları hadisə yerindən uzaqlaşdırıb və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir baş tutub.

Mərkəzə tədbirə gələn fransalı qonaqlar erməni radikalların təxribatının şahidi olublar və bu əməlləri pisləyiblər.

Qonaqlar və işçilər arasında xəsarət alan olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar