"Rusiya ordusu döyüş mövqelərimizə zəhərli maddə atıb" - Ukrayna Silahlı Qüvvələri

“Rusiya ordusu drondan istifadə edərək Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddə olan konteynerlər atıb”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığından bildirilib.

Əraziyə K-51 xloropikrin qumbarası atıldığı ehtimal edilir:

“İtki yoxdur, kritik durum yaranmayıb”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 min 500 nəfər isə yaralanıb.

Xatırladaq ki, xloropikrin zəhərli maddə olduğuna görə, onu yalnız müvəfiq icazə ilə tətbiq etmək olar.

635x100

Şərhlər

t.ədalət 2022-09-24 10:10:15

İndi ,həmin maddədən Rusiya ermənilərin adı altında bizim mövqelərə də atacaq..

Son yazılar