Bayden yenə çaşqınlıq yaşadı - Həyat yoldaşı ilə 12 yaşından birlikdə olduğunu dedi + VİDEO

ABŞ Prezidenti Co Bayden yenidən çaşqınlıq yaşayıb. Bayden müəllimlər qarşısında çıxış edərkən həyat yoldaşından və onunla keçdiyi yollardan danışıb.

Milli Təhsil Assosiasiyasının Kolumbiya Dairəsindəki qərargahında çıxışı zamanı ABŞ Prezidenti açıqlaması ilə izləyicilərdə şok yaradıb. O, həyat yoldaşı ilə 12 yaşından birlikdə olduğunu deyib.

“Biz çox uzun müddətdir birlikdəyik. Onun 12, mənim 30 yaşım var idi, lakin yenə də bu qadın mənim çox şey əldə etməyimə kömək etdi”, - deyə o bildirib.

Mətbuat prezidentin nə demək istədiyinə aydınlıq gətirmək üçün Ağ Evə sual ünvanlayıb. Ağ Ev sualları cavablandırmayıb. Bəlkə də çaşıb, düzüqnü deyib....

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar