“İran hələ də sivilizasiyaya necə yüksələcəyini anlamayıb” - Ukrayna Prezident Ofisi

“İran hələ də sivilizasiyaya necə yüksələcəyini anlamayıb”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“İran texnoloji cəhətdən son dərəcə geridə qalmış Rusiyaya müasir pilotsuz təyyarələr verməklə ukraynalıların öldürülməsinə dəstək vermək qərarına gəlib”, - o, vurğulayıb.

Qeyd edək ki, dünən Ukraynada İrana məxsus 6 PUA məhv edilmişdi. Bunun ardınca Ukrayna İran səfirini ölkədən qovdu.

635x100

Şərhlər

dadaşyev 2022-09-25 08:24:04

Ərəb-fars əmmaməsi,əbası və saqqalıyla mədəni olmaq,müasir mədəniyyət içində yer almaq mümkün deyil.Mindikləri maşınlar,təyyarələr,qatarlar,işlətdikləri telefonlar,televiziyalar,internet-filan hamısı müasir dövrün nailiyyətləri,amma əba,əmmamə min illərin geyimi.Qurani-Kərimin şərhi də min illərin şərhi.Ona görə İslam dini yerində sayır.Əsrə uyğun şərh verilməlidir Qurani-Kərimə.Min il əvvəllərin kəllələri bu günün kəllələrinin eynisi deyil."Filankəslər filan vaxt belə izah edib".A balam,filankəslər o izahları verəndə Məkkəyə atla,dəvəylə,eşşəklə gedərdilər uzaq ellərdən,ayllarla çəkərdi ora çatmaq.İndi Amerikadan minir təyyarəyə,uzağı 10 saata Məkkədə olur zəvvar.

Son yazılar