“Türkiyənin F-35 proqramından çıxarılması haqsızlıqdır” - İsmail Demir

“Türkiyənin F-35 proqramından çıxarılması haqsızlıqdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayəsi naziri İsmail Demir “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, S-400 hava hücumundan müdafiə sistemləri məsələsi sadəcə bəhanədir: "Bu, bizi proqramdan çıxaranlar üçün maddi itkidir. Həmin proqrama qayıtmağımız hər kəsin xeyrinədir. Amma durub bunu düşünməyəcəyik, işimizlə məşğul olacağıq”.

Nazir həmçinin F-35 proqramı ilə məsələnin bundan sonra da gündəlikdə olacağını söyləyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Ellen Lord Türkiyənin F-35 proqramından çıxarıldığını bildirmişdi. O, buna səbəb kimi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasını göstərmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar