Moskvada mitinqdə iştirak edən 500-dən çox şəxs tutulub

Moskvada icazəsiz aksiyada iştiraka görə 500-dən çox şəxs inzibati məsuliyyətə cəlb edilib.

APA lenta.tu-ya istinadən xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, razılaşdırılmamış etiraz aksiyası zamanı ümumilikdə 516 nəfər saxlanılıb. Onlardan 514-ü barəsində inzibati xəta haqqında protokollar tərtib edilib. Mitinq iştirakçılarından birinə qarşı da “Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə” maddəsi ilə cinayət işi başlanıb.

İddia edilib ki, tutulan 192 kişiyə hərbi komissarlığa çağırış vərəqəsi verilib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, mitinqlərdə hərbi komissarlığa çağırış vərəqələrinin təqdim edilməsi praktikası Rusiya qanunvericiliyinə zidd deyil.

635x100

Şərhlər

B.Qarabağlı 2022-09-24 21:24:49

İntellektual, Tolerant, Multikultural saydığımız on milyonluq Moskva, Kreml müharibəyə davam etsə də, milyonlarla insanlar hər hansı müharibələrə kəskin etirazla nümayişə çıxmalıydılar? Digər halda, avropanın tarixi xilaskarı SSRİ-ruslar, artıq mütləq işğalçı statusunu qazanmaqdadır

Son yazılar