Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan klub rəhbərliyinə müraciət edib.

"Report" "playsport.ro" saytına istinadən xəbər verir ki, sabiq futbol agenti rumıniyalı mütəxəssisin istefaya göndərilməsini istəyib.

Buna Prodanın Buxarestdəki evində 47 yaşlı baş məşqçinin fiziki zorakılığına məruz qalması səbəb olub. İddiaya görə, insident nəticəsində hər iki şəxs xəsarət alb və ilkin tibbi yardıma ehtiyac duyulub. Hüquq mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib. Tərəflər arasında münaqişənin səbəbləri araşdırılır.

Prodan zorakılığı əks etdirən videonu "Neftçi"nin elektron ünvanına göndərək, keçmiş ərinin qovulmasını xahiş edib. Hələlik "ağ-qaralar" məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Laurentsiu Regekampf 2008-2021-ci illərdə Anamariya Prodanla ailəli olub. Onların bir övladı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar