"Təəssüf ki, ABŞ Suriyada hələ də PKK/PYD-yə dəstək verir”. “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ABŞ separatçıları dəstəkləyir.
“Bu terror qurumları da son zamanlar hücumlarının sayını artırıb. Burada FETÖ, digər tərəfdən CAATSA (Sanksiyalar ilə Amerikanın düşmənlərinə qarşı mübarizə – “Report”) sanksiyaları da bizi narahat edən məsələlərdir. Əslində bunlar bizim üçün milli təhlükəsizlik məsələləridir, müttəfiqimiz ABŞ-dan bu məsələdə həssaslıq gözləyirik, həssaslığımızı anlamalarını gözləyirik”, - nazir deyib.
Nyu-Yorkda amerikalı həmkarı Entoni Blinkenlə bütün məsələləri müzakirə etdiyini deyən Çavuşoğlu qeyd edib ki, görüşdə viza danışıqları və regional məsələlər də diqqət mərkəzində olub.


Şərhlər
Cənab ABŞ səfiri, PKK/PYDni ABŞ siyasi təşkilat birlik kimi tanıyırmış? On illər əli silahlı gəzib, talançılıq törədən və elə Suriyanı viranə edən terror birliyinə necə partiya kimi yanaşmaq olar? Onların nümayəndələrinin yarısı yan kimi çoxdan Suriya məclisində otururlar!? Rusiya sülhMƏRAMlılarının Qarabağda müdafiə etdikləri ermənilərin azı 23% on mindən çox günahsiz azərbaycanlını qətlə yetirmiş, yüz minlərlə azərbaycanlı ailələrini hərbi soyqırım terroru doğma evlərindən qovmuş cinayətkarlardır!