Menu

Merkel Britaniyaya xəbərdarlıq etdi

11.11.2014, 14:05
Merkel Britaniyaya xəbərdarlıq etdi

Noyabrın 10-da Angela Merkelin nümayəndəsi bildirib ki, Almaniya Britaniyanı Avropa İttifaqının fəal və sadiq üzvü kimi görmək istəyir.

Hökumət həmçinin qeyd edib ki, İttifaq daxilində işçilərin sərbəst yerdəyişməsi prinsipləri ilə bağlı mübahisə təkrarlanmamalıdır. Bu haqda "France 24" yazır.

Noyabrın 9-da Almaniyanın həftəlik "Der Spiegel" qəzeti adını çəkmədiyi mənbəyə istinadən yazıb ki, Kemeron immiqrasiya məhdudiyyətində israr edəcəyi təqdirdə, Almaniya rəsmiləri daha Britaniyanı Aİ-də saxlamağa çalışmayacaqlar. Sonuncu Aİ sammitində də Merkel bu barədə Kemerona bildirmişdi.

Merkelin nümayəndəsi Şteffen Zaybert qeyd edib ki, Almaniya heç bir riyakar siyasət aparmağı düşünmür. Aİ-də hansı rolu oynamaq istəyi Britaniyanın özündən asılıdır. "Merkel həmişə vurğulayır ki, biz güclü Avropa İttifaqında fəal və sadiq Britaniya görmək arzusundayıq. O bildirib ki, yerdəyişmə azadlığından sui-istifadə əleyhinə mübarizə hamımız üçün qanuni maraqdır", - Zaybert deyib. Zaybert təkid edib ki, yerdəyişmə azadlığı ümumiyyətlə şübhə altına alına bilməz. Avropa bu sahədə mühüm nailiyyət əldə edib.

Merkel dəfələrlə azad ticarət və büdcə intizamı məsələlərində Almaniyanın sərfəli, bəzən də yöndəmsiz müttəfiqi olan Britaniyanın xeyrinə çıxışlar edib. Xatrıladaq ki, o, iyunda Britaniyanın Aİ üzvü olub-olmaması məsələsinə laqeyd olmadığını bildirmişdi.

Bundan əlavə, Kemeron Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendumunadək ölkəsinin Aİ ilə münasibətlərinə yenidən baxılacağına söz verib. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol