Menu

Mədəniyyət nazirinin sabiq müavini Ali Məhkəmədən bəraət istəyir

26.09.2022, 13:28
Mədəniyyət nazirinin sabiq müavini Ali Məhkəmədən bəraət istəyir

Mədəniyyət nazirinin həbsdə olan sabiq müavini Rafiq Bayramov kassasiya şikayəti verib.

APA xəbər verir ki, Rafiq Bayramov şikayət ərizəsində verilmiş ittihamlarla təqsirsiz olduğunu qeyd edərək barəsində bəraət qərarı çıxarılmasını xahiş edib.

Şikayət baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, mədəniyyət nazirinin müavini Rafiq Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.

Şərhlər

Şəmsəddin Qarayev 2022-09-26 15:11:30

Müavin [özbaşına deyildi ki! Niyə əsas günahkar Əbülfəz QArayev unudulur,onun göstərişi ilə işləyən müavin həbs olunmalıdır? BU necə qanuna əməl etməkdir? Bunun kimi,Mahmudov,Ziya və Fazil Məmmədovlar,Nehrəmli İbrahimovlar və bu kimilər niyə və nə məqsədlə mühaizə olunur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol